Axtarış...

İsrail Süleymanini Suriyada öldürdü?

İsrail Süleymanini Suriyada öldürdü?

İsrail ordusunun Suriyanın Cumraye tədqiqat mərkəzinə endirdiyi aviazərbələr nəticəsində 17 zabit və əsgər həlak olub.

Millitv.Az axar.az-a istinadən bildirir ki, bu barədə informasiya Suriya müxalifətindəki "etibarlı mənbələr"ə istinadən yayılıb. Məlumata görə, öldürülənlər arasında 3 yüksək vəzifəli İran zabiti də olub. Öldürülən iranlı zabitlərdən birinin briqada generalı, ikisinin isə polkovnik olduğu vurğulanıb.

Sayt həmçinin sosial şəbəkələrdə SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymaninin öldürülməsi barədə məlumatların yayıldığını bildirib. Bu şayiələri general Süleymaninin İranın məşhur din və dövlət xadimi Mahmud Haşimi Şahrudinin dəfn mərasimində iştirak etməməsi daha da gücləndirib.

Tehran hələlik Suriyada iranlı zabitlərin öldürülməsi xəbərini təsdiq etməyib.

Qeyd edək ki, 2 gün öncə İsrail qırıcıları Livan hava məkanında Suriya ərazisinə girərək, Dəməşq yaxınlığında hərbi bazaları hədəf almışdılar. İsrail zərbələrin İran bazalarına endirildiyini açıqlamışdı.
Text-to-Speech

DİNLƏ






Şərh yaz