Axtarış...

Canlı Şəhid-Qasım Süleymani!

Yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, əfsanəvi general Qasım Süleymaninin öldürülməsi barədə milyonların qəlbini sızladan bir xəbər bütün dünyanı lərzəyə gətirdi. Daim məzlumların yayında olan və zalımlara qan udduran bu möhtəşəm şəxsiyyətin olduğu avtomobil dövlət səviyyəsində terrorçuluq edən ABŞ ordusu tərəfindən partladılmışdı. Məlumatda deyilirdi ki, əməliyyat Bağdad aeroportu rayonunda ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Bu çirkin əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Süleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasım Süleymani ilə yanaşı daha dörd nəfər, o cümlədən İraqdakı "Həşdi Şabi" şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndis də həlak olub. Dəfələrlə Qasım Süleymaninin öldürülməsi üçün planlaşdırılan və baş tutmayan sui-qəsd cəhdləri nə yazıq ki, xəyanət nəticəsində sonda reallaşdı. İsrail mediası hələ ötən ilin martında yazırdı ki, İsrailin Xarici İşlər naziri İsrael Katz "Qasım Süleymanini kökündən qazımağa çalışırıq" deyib. Lakin onu cismən məhv edənlər ölməz xatirəsini milyonların qəlbindən qazıyıb atmaqda acizdirlər. Bu adın əzəməti hətta şəhidlik zirvəsinə yüksələndən sonra da insanların qəlbini fəth etməkdə davam edir.

İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində xaincəsinə öldürülməsindən sonra mətbuatda bu şəxsə maraq əvvəlkindən daha çox artdı. Dostlar kədərləndi, düşmənlər sevindi. Kim idi Qasım Süleymani? Düşmənlərin canına vəlvələ salan əfsənəvi sərkərdə milyonların sevgisini hansı yolla qazanmışdı?
Qasım Süleymani Əfqanıstandan İraqa qədər İranın bölgədəki siyasətində ən əhəmiyyətli şəxslərdən biri olaraq tanınırdı. ABŞ prezidenti Donald Trampın əmrləri ilə Bağdad Hava limanına edilən hücumda Haşdi Şabinin ikinci şəxsi Əbu Mehdi Mühəndislə birlikdə öldürülən Süleymani, İran lideri Ayətullah Əli Xamenei ağa tərəfindən təsadüfən “canlı şəhid” adlandırılmayıb. Çünki onun parlaq xatirəsi qəlblərə köçüb. Süleymani 1998-ci ildən bəri İranın xaricdəki hərbi-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Qüds Qüvvələrinin komandanı idi. Amma onu bütün dünya tanıyır, düşmənlər ondan qorxur, sevənləri, xilaskar kimi görüb tanıyanlar isə onunla iftixar edirdilər.

Qasım Süleymani bir çox nöqtələrdə, xüsusən də Suriya və İraqda hərbi əməliyyatlara rəhbərlik edirdi. Onun İŞiD kimi qorxulu qüvvəyə çevrilmiş beynəlxalq terror şəbəkəsininm çokdürülməsində xidmətləri misilsiz idi. 2014-cü ildə İŞİD Mosulu işğal etdikdən sonra cənuba, Bağdada doğru irəliləyib şəhərə 50 kilometrlik məsafəyə çatanda, digər cəbhədə isə Ərbilə hücum edəndə İraq siyasi hakimiyyətinin köməyinə gələn ilk xarici qüvvə Süleymaninin rəhbərlik etdiyi hərbi hissələr idi. Məhz Qasım Süleymaninin birbaşa rəhbərliyi altında avqustda İraq qüvvələri ilk dəfə olaraq İraq ərazi vahidi türkmən Amirli qəsəbəsini İŞİD-dən azad etdi. Bu İŞİD-in aramsız qələbələr silsiləsinin qarşısında ilk ciddi dirəniş idi. Bundan sonra Qasim Süleymaninin fotoları İraqda tez-tez görünməyə başladı. Daha sonra isə Suriyada general Süleymaninin şöhrəti sürətlə yayılmağa başladı. Onun Əbu Kamal şəhərinin azad edilməsi, Hələb ətrafında əməliyyatlarda göstərdiyi igidliklər dillər əzbərinə çevrildi.

Azərbaycanlı İraq turkmənlərinin lideri Ərşad Salehi İŞİD-çilərin basqınları qarşısında qalarkən "hardasan Türkiyə, haradasan Azərbaycan " deyə haraya çağıranda türkmən qardaslarımızın köməyinə tələsən məhz Qasım Suleymani olmusdu. Sonradan Qasım Suleymaninin təsisçisi olduğu "Həşd Şabi" kürd hərbi dəstələrini Kərkükdən cıxararaq şəhəri türkmən əhalisinə təhvil vermişdi. O vaxt İŞİD-ə qarşı uğurlu əməliyyatlardan biri də Mosulun cənubunda reallaşmışdı. Əməliyyat nəticəsində İŞİD liderlərindən sayılan Həmzə əl-Misir öldürülmüşdü. Lakin reallaşan uğurlu əməliyyatlar bununla bitmirdi. Digər bir əməliyyat nəticəsində İŞİD-in daha bir lideri - əmir Əhməd Kamil öldürüldü. Bu şəxsin əsas vəzifəsinin şiə türkmanların bölgədən sürgün edilməsi olduğu deyilirdi. Ancaq o vaxt bu əməliyyatlar zamanı terrorçuları öldürənlərin kimliyi müəmmalı qalmışdı. Uğurlu əməliyyatların arxasında İraq və ya Əsəd qüvvələrinin, həmçinin dövlətə aid cəhətlərin olmaması silahlı qrupların arxasındakı gücü müəmmalı edən amillərdəndi. Yaxın Şərq mənbələrində qeyd olunurdu ki, bir müddətdir Mosul ətrafında naməlum silahlılar İŞİD-ə qarşı hücumlar təşkil edir. Bu hücumlar nəticəsində bir neçə İŞİD liderindən savayı, onlarla terrorçu məhv edilib və terrorçuların yerləşdiyi məkanlar darmadağın olunub. Öldürülən İŞİD əmirləri arasında təşkilatın "vilayət məhkəmə başçısı" Üsamə Abdulvab Altay və "dini təhsil üzrə məsul şəxs" Əbu Dua Əlyəməni də vardı. Sonradan məlum oldu ki, bu əməliyyatları həyata keçirən İran generalı Qasım Süleymanidir. Süleymani İraqda İŞİD-in kabusuna çevrilmişdi.


Ardı sabahkı səyfəmizdə


Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər birliyinin üzvü
Text-to-Speech

DİNLƏ






Şərh yaz