Axtarış...

İranlı deputat , Ermənistan öz xəyanətkarlığını bir daha nümayiş etdirdi

İranlı deputat , Ermənistan öz xəyanətkarlığını bir daha nümayiş etdirdi

Millitv.az İran İslam Respublikasının midiasına istinadən xəbər verir ki,Bir neçə gün bundan əvvəl İraqın paytaxtı Bağdad şəhərində İran İslam Respublikasının İran İnqilab Keşikçilərinin Qüds qüvvələrinin komandanı Qasim Süleymani getdiyi maşın karvanı ABŞ - ın pilotsuz uçan təyyarələrinin hucumuna məruz qalmış maşın karvanında olan bir neçə yüksək vəzifəli şəxslə bərabər İran ordusunun generalı Qasim Süleymanidə öldürülmüşdür.
Hücümu ABŞ - prezidenti Donald Trampın əmri ilə həyata keçirilməsi barəd ABŞ -ın hərbi qüvvələri məlumat yaymışdır.Yaranmış vəziyyətə bir çox dövlət rəhbərləri müxtəlif fikir bildirsələrdə Ermənistan Baş naziri Nikol Paşinyan Qasim Süleymanini terrorçu adlandıraraq Süleymaninin öldürülməsini Amerikanın qələbəsi kimi qeyd edərək ABŞ - prezidenti Donald Trampı qələbə münasibətilə təbrik etmişdir.




Ermənistanın bu hərəkətinə münasibət bildirən İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, Hüseyn Nəqəvi Hüseyni uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında yaranan münaqişə səbəbindən Ermənistan blokadada yaşadığı vaxtalarda həmişə İran dövlətinin Ermənilərə köməklik etdiyini bildirmişdir. Hüseyn Nəqəvi qeyd edərək onuda bildirmişdir Ermənistanın şəhid Qasim Süleymanini terrorçu adlandırması öz mövqeyini nümayiş etdirməsidir.Ermənistan bu hərəkəti ilə İrana qarşı arxadan xəncər sancdı.Uzun illərdir ki, Azərbaycanla Ermənistan arasındakı Qarabağla bağlı münaqişədə Ermənilərin işğalçılıq siyasətinə İranın göz yummasını etiraf edən Hüseyn Nəqəvi Hüseyni bundan sonra İran dövlətinin dostu ilə düşmənini ayıd edəcəyini və Azərbaycana haqq işində dəstək duracağını bəyan edib.


MİLLİTV.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz