Türkiyə daha 6 şəhid verib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün sübh saatlarında Siirtin Əruh qəsəbəsi yaxınlığında PKK terrorçuları qarovul xidməti aparan şəxslərin mövqeyinə iriçaplı silahlarla atəş açıb. Siirt valisi Ali Fuat Atik insident zamanı 6 qarovulçunun şəhid olduğunu, daha 7 nəfərin isə yaralandığını bildirib. Yaralılardan 3-ü hərbçidir.
Hazırda bölgədə terrorçulara qarşı əməliyyat həyata keçirilir.