Axtarış...

Canlı Şəhid-Qasım Süleymani! (davamı)

(Əvvəli dünənki səyfəmizdə)

O, 1957-ci ildə İranın Əfqanıstan sərhədinə yaxın bir dağlıq bölgəsində, Kirman əyalətinin cənub-şərq əyalətində, qəbilə quruluşlarının üstünlük təşkil etdiyi Rabord kəndində anadan olub. Süleymani atasının dövlətə olan borclarını ödəmək üçün uşaqlıqdan inşaat işləri ilə məşğul olub. Sonra su idarəsində işə başlayıb. 1970-ci illərdə İranda Şah əleyhinə etirazlarda yaxından iştirak edib. İslam İnqilabından sonra SEPAH-a qoşulub və burda 45 günlük təlim keçib. Sistan-Bəlucistan əyalətində terrorçu qruplara qarşı əməliyyatlara rəhbərlik edib. Bu dövrdə onun qətiyyətli, tədbirli, Qərb mətbuatının yazdığı kimi, “anadangəlmə sərkərdə” bacarığı üzə çıxıb. İran-İraq müharibəsindən sonra 41-ci “Sarallah” briqadasına komandir təyin olunub. 1997-ci ildə isə “SEPAH”-ın rəhbərliyinə gətirilib. 80-ci illərdə bütün bölgəni təsiri altına almış İran-İraq müharibəsindən indiyədək İranın bu bölgədəki təhlükəsizlik siyasətinin aparılmasında önəmli rol oynamış Qasım Süleymani İranın son 10 ildə Livan, İraq, Suriya, Qəzza və Yəməndə fəaliyyət istiqamətlərini müəyyənləşdirib. 20 yaşında leytenant rütbəsi ilə 41-ci Sarullah Liqasının komandanlığını götürüb və bu müharibədəki uğurları ilə hərbi karyerasının pillələri ilə yuxarı qalxmağa başlayıb.

2018-ci ildə Maryland Universitetinin İraqPoll-la birlikdə apardığı sorğuya görə, Qasım Süleymani 83 faiz səslə İraqda "ən sevilən şəxs" seçilmidi. Lakin əfsənəvi general təkcə İranda, İraqda, Suriyada, Fələstində sevilmirdi. Bütün dünyada, o cümlədən, Azərbaycanda da qorxubilməz komandirə rəğbət göstərənlər, onu sevənlər az deyildi. Onun şəhid olmasından sonra qərbə çalışan 5-ci kaloniya var qüvvəsi ilə fəaliyyətə keçdi. Bu qüvvələrin əksəriyyəti Sieymaninin guya ermənilərə rəqbət göstərməsini, Azərbaycan haqqında qərəzli fikirlərinin olduğunu qabartmağa çalışırdılar. Lakin bu iftiraları isbatlayacaq əsaslı bir dəlil, sənəd ortaya qoya bilmədilər. Erməni cani Monte Melkomyanla onun şəkilni montaj vasitəsilə bir araya gətirib onu guya ifşa etməyə çalışsalar da ağıllı adamlar, kutlə pixologiyası ilə deyil, məntiqlə düşünən çoxluq bu yalanlara inanmadı. Çünki həqiqət günəş kimidir, onun üzünü çamurla ləkələmək mümkünsüzdür. Gec-tez üzə çıxır.

Məsələn, APA-nın uzun illər Tehran müxbiri işləmiş Süleyman Fərzəliyev öldürülən general Qasım Süleymaninin Azərbaycana münasibətinə dair maraqlı açıqlamasında bütün bu iddiaları yalanlayaraq yazmışdı: “Hacı Qasim Süleymani İran daxilində heç bir əməliyata rəhbərlik etməyib. Onun xidmət yeri ölkə xaricində idi. Xəzər dənizində də Azərbaycan gəmilərini vurmaqla təhdid etməyib. Varsa belə sübutunuz qoyun ortaya. Şəhid Qasim Süleymani əsasən İranın cənub sərhədlərində – Livan, Suriya və İraqda fəaliyyət göstərib. Uzun illərdir ki, mən İranda Azərbaycanın öndə gedən xəbər agentliyinin xüsusi müxbiri olaraq çalışıram. Bunlar hamısı diqqət mərkəzimdə olub. Düzdür onunla müsahibəm olmayıb. Çünki heç vaxt müsahibə verməzdi. Nadir hallarda İranın daxili KİV-lərinə açıqlamalar verib. Jurnalist həmkarlarımın və öz müşahidələrimə görə deyə bilərəm ki, Qasim Süleymani Azərbaycana məhəbbəti olan və Ermənistana nifrəti olan biri olub. Bir dəfə böyük tədbirlərin birində Qasim Süleymani ilə rastlaşdıq. İstədim müsahibə alım. Amma o, danışmadı. Biləndə ki, azərbaycanlıyam, gülərək mənə əl verdi. Dedi bağışla, mən müsahibə vermirəm. Azərbaycan dilində “Yaşasın Azərbaycan” deyib sağollaşdı.” Onun faciəli ölümündən sarsılan yüzlərlə sadə azərbaycanlı, gənclər, qocalar, qadınlar, yeniyetmələr əllərində çiçəklər İram səfirliyinin önünə gələrək başsağlığı diləyib üzgün olduqlarını, düşmənə qarşı isə nifrətlərinin daha da artdığını bəyan etdilər.

Qasim Süleymaninin adı növbəti dəfə Əfqanıstan və İraqın ABŞ ordusu tərəfindən işğalından sonra məşhurlaşıb. Bu dəfə o bir sərkərdə olaraq həm Əfqanıstanın işğalı zamanı, həm də İraqda başlayan müqavimət müharibəsi zamanı parlayıb. Süleymani İraqda ABŞ-a qarşı şiə müqavimət qruplarını yaradaraq təlim keçib. 2004-cü və 2006-cı illərdə baş verən savaşlarda şiə silahlı qrupları, “Mehdi Ordusu”, “Bədr Briqadaları” və digər silahlı qruplaşmalar amerikalıların ciddi başağrısına çevrilib. 2006-cı ildən başlayaraq İranın İraqda ABŞ qüvvələrinə qan udduran "Qüds gücü" adlı təşkilatının lideri Qasım Süleymani haqqında bir sıra ilginc məlumatlar yayılmağa başladı. Belə ki, 2008-ci ilin yazında ABŞ generalı Devid Petreus maraqlı açıqlama ilə dünya gündəminə gəlmişdi. 62 yaşlı general İraqın keçmiş lideri Cəlal Təlabaninin mobil telefonuna Qasım Süleymanidən gələn bir mesajı açıqlamışdı. Mesajın mətni təxminən belə idi: "Mənim adım Qasım Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm". Mesajın sahibinin keçmiş inşaat işçisi olan və İraqda ABŞ qüvvələrinə əhəmiyyətli dərəcədə zərbə vuran "Qüds gücü"nün lideri Qasım Süleymani olduğu məlum oldu. Bundan sonra araşdırmalara başlayan ABŞ əks-kəşfiyyatı bu şəxsin İranın bölgədə əhəmiyyətli simalarından biri olduğunu təsbit etdi.

2006-cı ildə İsrail ordusu Livana hücum edərkən gözlənilmədən ciddi müqavimətlə rastlaşıb. 200 nəfərlik mobil qruplara bölünən Hizbullah döyüşçüləri İsrail ordusunun irəliləməsinin qarşısını alıb. Nəticədə qısa müddətə nəzərdə tutulan hücum əməliyyatı 3 həftə uzanıb və nəhayət İsrail atəşkəsə razılaşıb. Həmin savaşın ön cəbhəsində Hizbullahın silahlı qanadının komandiri İmad Muğniyə olsa da, arxada döyüşü idarə edən Qasim Süleymani vardı. Məlum olduğu kimi, iki il sonra İsrail kəşfiyyatı ərəb ölkələrinin dəstəyi ilə Dəməşq yaxınlığında gizli yaşayan İmad Muğniyənin avtomobilini minalayaraq partlatdı. Ancaq Qasim Süleymani hələ də İsrail və ABŞ-ın kabusu olaraq qalırdı. Təsadüfi deyil ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo Qasim Süleymaniyə məktub yazaraq Suriyada öldürüləcək amerikalı əsgərlərə görə `onun cavabdeh olduğunu bildirmişdi. Ancaq Süleymani məktubu qəbul etməmişdi. Bütün bunlar bir daha göstərir ki, İranın əfsənəvi generalı, dini liderin “canlı şəhid” adlandırdığı Qasim Süleymaniyə dəfələrlə sui-qəsd hazırlanması heç də təəccüblü hadisə deyil. Cəsur generalın bölgədəki İslam əleyhdarı qüvvələrin hədəfində olması gözlənilən idi. Canlı Şəhid-Qasım Süleymani! (davamı)Gec-tez Şəhidlik zərvəsinə ucalacağını özü də bilirdi və ölümdən, təhdidlərdən qorxmadan mübarizəsinə davam edirdi. Süleymani həmin qüvvələr tərəfindən kütləvi qətliama məruz qalan bölgə xalqlarının müdafiəçisi, məzlumların dəstəkçisi idi. Bu isə məlum qüvvlərin qəzəbinə səbəb olur, onların Suriya və İraq xalqlarına məxsus olan qaz və neft ehtiyatlarınını talayıb aparmasına ciddi əngəl yaradırdı. Hələ 2016-cı ildə generala qarşı sui--qəsd planının BƏƏ əmirinin müşaviri, Livan əsilli Amerika vətəndaşı Corc Nadir və İsrail kəşfiyyatına yaxın Coel Zamil adlı şəxs tərəfindən hazırlandığı və bu məqsədlə ABŞ, Səudiyyə Ərəbistanı və İsrail rəsmilərinin də yer aldığı və 2016-2017-ci ildə bir sıra görüşlərin keçirildiyi iddia edilirdi. Beləliklə, hər nə qədər qapalı saxlansa da, regionda gizli kəşfiyyat və sui-qəsd savaşının getdiyi ortaya çıxmışdı. Bu sui-qəsd planlarının əksəriyyəti isə generalı məhv etmək üçün nəzərdə tutulmuşdu.

ABŞ ordusunun bu dəhşətli cinayətindən sonra rəsmi Tehran ABŞ-dan “amansız qisas” alınacağını bildirdi və bu qisas Birləşmıiş Ştatların İraqdakl hərbi bazasına endirilən dəqiq raket atəşləri ilə bazanın darmadağın olunması ilə alındı. Lakin onun qisası hər zaman davamlı olacaq. . Hər bir zalım düşmənin məhvi onun intiqamı demək olacaq.

Allah Əhli-Beytdən üzübəri din, haqq ədalət, torpaq yolunda canlarını fəda edən bütün Şəhidlərimizə, o cümlədən Qasım Süleymaniyə də rəhmət eləsin.Amin!



Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər birliyinin üzvü
Text-to-Speech

DİNLƏ






Şərh yaz