Şəhid gizirimiz Pərvin Əliyevin ailəsi ölkə başçısı tərəfindən verilən mənzili axtarır. Şəhidimizin həyat yoldaşı Zülfiyyə Əliyeva Moderator.az-a özü bu barədə məlumat verib:
“2014-cü ilin 1-3 avqust tarixləri arasında təmas xəttində baş verən atışma zamanı həyat yoldaşım şəhid olandan sonra üç mərasimində “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalını təqdim etdilər. Həmin vaxt millət vəkili Xanhhüseyn Kazımlı, İcra Hakimiyyətinin nümayəndəsi və bir də Müdafiə Nazirliyindən Abdulla Qurbani gəlmişdi. Medalı oğlumun sinəsinə vurarkən bizə dedilər ki, ölkə başçısı sizi mənzillə təmin edib.
Biz Sumqayıtda kirayədə yaşayırdıq və bizi gətirib Bakıda hərbi şəhərcikdə yerləşdirdilər və dedilər ki, altı ildən sonra sizin evə order veriləcək. İndi isə vaxt tamam olub, evin orderini tələb edirəm deyirlər ki, ora müvvəqqəti yaşayış yeridir, orda evlərə order verilmir. Buna görə də indiyə kimi ölkə başçısının bizə verdiyi mənzilin yerini bilmirik. Sabah başıma bir iş gəslə, bəs iki övladım harda qalacaq? Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, heç kim cavab vermir. Millət vəkili Xanhüseyn Kazımlının isə bu günə kimi səsi çıxmır. Övladımı çağırıb qalstukun düzəltdirib, kitab çıxarıb özünü reklam edir, amma heç oğlumu tanımır”.