MilliTV.az
Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2020-ci ilin yanvarın 3-də Bağdadda İran İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri Qasım Süleymaniyə qarşı həyata keçirdiyi xain hücum bütün dünyada ciddi əks -səda yaratmaqla, insanların kəskin narazılığına səbəb oldu. Bu amansız terror aktı nəticəsində Şəhadətə yetişən Süleymaninin ölümü təkcə vətəni İranda deyil, bütün dünyada milyonlarla insanı göz yaşına boğdu.
Azərbaycanda da bu dəyərli insanın həlak olması böyük kədər və alçaq qatillərə qarşı sonsuz nifrət hissi ilə müşayət olundu. İnsanların böyük sevgisini qazanan, hələ sağ ikən qəlblərdə öz heykəlini ucaltmış Qasım Süleymani əfsanəvi sərkərdə kimi ad qazanmışdı.
Onu təkcə sevənləri deyil, düşmənləri də yüksək dəyərləndirirdi. Bir müddət ABŞ-ın İraqdakı qüvvələrinə rəhbərlik edən komandanı general Devid Petreus da Süleymanini qorxu dolu təriflə xatırlayan hərbçilərdən olub. O, 2010-cu ildə mətbuata verdiyi açıqlamasında İraqdakı uğursuzluqlarının səbəbini açıqlayarkən, İranın bu əfsanəvi generalının üstün hərbi zəkasından bəhs etmişdi: “Hər hansı bir ölkəylə əlaqələrinizi diplomatiyanın ənənəvi tərəf müqabili – Xarici İşlər Nazirliyiylə yürütmürsünüzsə, işiniz xeyli çətin olacaq deməkdir.
Bizim İraqda yaşadığımız problem də tərəf müqabilimizin diplomat olmaması idi. Süleymani sözün həqiqi mənasında, təkbaşına regionun təhlükəsizliyini təmin edə bilmək qüdrətində idi. "Amerikanın təqaüddə olan generalı Mark Hertling CNN-ə verdiyi müsahibəsində rəqibi haqqında bunları deyib: “İranın “Qüds xüsusi bölməsinin generalı Qasim Süleymani əfsanəvi hərbçidir, o, xüsusilə İran-İraq müharibəsində gözlənilməz uğurlara imza atıb”.
Bir başqa Pentaqon yetkilisi isə onu belə təsvir edir: “Mərhəmətsizliyi və təsir gücüylə o, hər kəsi dəhşətə salır. Süleymani Yaxın Şərqin həm hər yerindədir, həm də heç bir yerində…” Onu çox vaxt "Tehran səmalarında doğan hərbi ulduz" adlandırırdılar. Ölkəmizdə Süleymanin ölümünə üzülən, onun qatillərinə nifrətlər yağdıran yüz minlərlə insanın varlığı ölkə daxilində və xaricində olan müəyyən dairələri sözün əsil mənasında, şoka saldı. Bu gün əfsənəvi general Azərbaycan xalqı üçün Mübarız İbrahimov, Polad Həşimov kimi, həmçinin ruhu əziz tutulan digər Şəhidlərimiz kimi unudulmaz bir qəhrəmana, İslam dünyasının ən dəyərli şəxsiyyətlərindən birinə çevrilib.
APA-nın uzun illər Tehran müxbiri işləmiş Süleyman Fərzəliyev öldürülən general Qasım Süleymaninin Azərbaycana münasibətinə bu ilin əvvəlində maraqlı açıqlama vermişdi: “Hacı Qasim Süleymani heç vaxt Xəzər dənizində Azərbaycan gəmilərini vurmaqla təhdid etməyib. Varsa belə sübutunuz qoyun ortaya.
Uzun illərdir ki, mən İranda Azərbaycanın öndə gedən xəbər agentliyinin xüsusi müxbiri olaraq çalışıram. Bunlar hamısı diqqət mərkəzimdə olub. Düzdür onunla müsahibəm olmayıb. Çünki heç vaxt müsahibə verməzdi. Nadir hallarda İranın daxili KİV-lərinə açıqlamalar verib. Jurnalist həmkarlarımın söylədiklərinə və öz müşahidələrimə görə deyə bilərəm ki, Qasım Süleymani Azərbaycana məhəbbəti olan və Ermənistana nifrəti olan biri olub. Bir dəfə böyük tədbirlərin birində Qasım Süleymani ilə rastlaşdıq. İstədim müsahibə alım. Amma o, danışmadı. Biləndə ki, azərbaycanlıyam, gülərək mənə əl verdi. Dedi bağışla, mən müsahibə vermirəm. Azərbaycan dilində “Yaşasın Azərbaycan” deyib sağollaşdı.”
Bu gün yəqin çoxlari bilmir ki, təxminən 5 il əvvəl general Süleymanı İranın və Azərbaycan respublikasının müvafiq rəsmilərinə Dağlıq Qarabağın İmam Hüseyn(ə) aşıqi olan gənclərin səyi və səfərbərliyi ilə azad edilə biləcəyini təklif etmuş, lakin bu plan haqqında çox az adamın məlumatı olmuşdu.
İranlı generalın bu ölkədə məsum və pak Əhli-Beyt (ə) aşıqlərini səfərbər edərək işğal olunmuş torpaqları azad etmək planından xəbərdar olan adamlar onun nəticə verəcəyinə Süleymanin özü qədər inanmırdılar. Çünki uzun illər hər kəs Azərbaycan Respublikası daxilindəki dəyişikliklərin və digər məsələlərin, ölkədəki milli kimlik, dindarlıq və Əhli Beyt(ə.s) sevgisi səviyyəsinə dair Qalup tili müəssisələrin təqdim etdikləri müxtəlif təhrif olunmuş xəbərlərin, məqalələrin, rəy sorğularının və digər məlumatların şahidi olub.
Bir çoxları bu materiallardan təsirlənərək fikrini dəyişmişdi. Çünki onlar Azərbaycan respublikasının müsəlman xalqının həqiqətlərindən və həqiqi kimliklərindən xəbərsiz idilər və bu xalq haqqında düzgün məlumata malik deyildilər. Lakin Qasım Süleymani Azərbaycan respublikasının xalqı, onun istəkləri, arzuları, qabilyyəti, potensialı haqda dəqiq biliyə sahib idi və ona görə də qətiyyət və inamla təklif etdi ki, xalqın dini inancına və "ləbbeyk ya Hüseyn(ə)" sədalarına söykənməklə, bu ölkənin gənclərinin İmam Əlinin (ə) köməyinə təvəkkül etməklə işğal olunmuş torpaqları asanlıqla geri almaq olar.
Qasım Süleymaninin Azərbaycan Respublikasının cəmiyyəti haqqında bu qədər dəqiq məlumatı hardan idi? Görəsən general Süleymaninin ölkənin çoxluqda olan müsəlman xalqa etimada və dərin inama malik olmasına inancı haradan qaynaqlanırdı? Bəlkə də İraq və Suriyada olduğu kimi, ciddi və dərin araşdırmalar onun Azərbaycan respublikası əhalisi haqda bu qədər dəqiq biliklərə gətirib çıxarmışdı? Görəsən ölkənin Əhli-Beyt mərkəzi gəncliyinə olan məhəbbətimi general Süleymanini Azərbaycan respublikasında İmam Hüseyn (ə) aşiqi olan bu gənclərə tam inam və etimada sövq etmişdi?
Bütün bu suallar şübhəsiz ki, İslamın rəşadətli sərkərdəsinin ABŞ-ın cinayətkar hökumətinin 2020-ci ilin məşum 3 yanvar gününün səhər saatlarında həyata keçirdiyi terrorçu əməliyyatı tərəfindən hədəfə alınmasaydı və şəhid olmasaydı Qasım Süleymaninin özünün sadə dilində cavablandırılacaqdı.
Bu sərkərdə Qafqazdakı vəziyyət və Daqlığ Qarabağın qanlı və faciəvi hadisəsi ilə bağlı iclaslarda çıxış edərkən o qədər kədər və ürək ağrısı ilə danışırdı ki, onun ən vacib hədəflərindən birinin Azərbaycan xalqının Qarabağın və ətraf 7 rayonun azad edilməsi istəklərinin reallaşmasına kömək etmək səyi və bu bölgələrin şəhər və kəndlərində Əmirəlmönin Əlinin (ə) vilayətinin qeyd olunduğu azan səslərinin səsləndirilməsi olduğu şübhə doğurmurdu.
Heç şübhəsiz Qasım Süleymanı xüsusi uzaqgörənlik və analitik qabilyyətə, o cümlədən, dəqiq kəşfiyyat məlumatlarına, xüsusilə Azərbaycanın mömin gənclərinin gücünə və potensialına olan ilahi inancına, həmçinin, birinci Qarabağ müharibəsində azərbaycanlı döyüşçülərə kömək edən Həqiqətpur, Kəbiri və Nur-Əqdəm kimi İran generallarının təcrübəsinə əsaslanaraq İslam torpağının bu hissəsinin qeyrətli gənclərin "Ləbbeyk ya Hüseyn (ə)" süarı və xalqın "ya Əli (ə) sədaları altında azad olunacağı günün uzaqda olmadığını görürdü.
Xüsusilə general Süleymani Ayətullah İmam Xamneinin əmr və fətvalarına tam inanan və bütün qəlbi ilə müsəlmanların imamının əmrlərini yerinə yetirmək üçün səy göstərən komandirlərdən biri idi. Qasım Süleymani həmişə işində İslam İnqilabı liderinin Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bəri vurğuladığı "Dağlıq Qarabağ İslam torpağıdır" sözlərini rəhbər tuturdu. İslam İnqilabının Ali Rəhbərinin dilindən bu cümlənin söylənilməsi Qasım Süleymani kimi bir döyüşçünün Qarabağı azad etmək üçün çalışmağın vacibliyini əsla unutmaması və bu müdrik kəlamı reallaşdırmağın yollarını daim düşünməsi üçün kifayət idi.
Buna görə də Qasım Süleymani və həmkarları hər zaman Azərbaycan inanclıları ilə görüşlərdə İslam İnqilabı Ali Rəhbərinin dediyi kimi, Azərbaycan Respublikası xalqına məxsus olan işğal edilmiş torpaqları azad etmək uğrunda canını fəda edənlərin İslam Şəhidlərindən sayıldığını xatırladırdılar.
Hazırda general Süleymaninin Azərbaycan Respublikasında İmam Heseyn (ə) ardıcıllarının potensialından istifadə edərək torpaqları azad etmək planının təqdimatından 5 il keçir və Allahın köməyi sayəsində İslam düşmənlərinin iradəsinə zidd olaraq həmin gənc möminlərin səfərbər olması ilə bu planın vacib bir hissəsi həyata keçdi.
Hər kəs, istər azad edilmiş bölgələrdə camaat namazlarının təşkil olunmasında , istərsə də ölkənin müxtəlif ərazilərində Şəhidlərin dəfn mərasimlərində bu həqiqətin şahidi oldu. Dini şüarlar səsləndirilərək dəfn edilən Şəhidlər, Övladlarının "ləbbeyk ya Hüseyn(ə) " və "Ya Əli(ə)" şüarı deyərək cəbhəyə gedişini və qəlbinin arzusunun "Ya Əbülfəzl (ə) süarı ilə dəfn olunmaqdır" deyən şəhid valideynləri, əsas istəkləri ağaları Əbülfəzl(ə) kimi susuz dodaqlarla Şəhidlik zirvəsinə çatmaq olan Əhli-Beyt aşiqi gəncləri və bu kimi nə qədər nümunələrin şahidi olduq.
Buna görə də 2020-ci il 14 dekabrda Tehranın cənubundakı Əbdül-Əzim Həsəninin (ə) hərəminin yanında Əhli Beyt (a.s) aşiqlərinin iştirakı ilə ikinci Qarabağ müharibəsi Şəhidlərinin ilk anım mərasimində Azərbaycan xalqının Şəhidlərinin, xüsusən də general Polad Həşimovun şəkil ilə bərabər Şəhid Qasım Süleymanı və Şəhid Əbu Mehdi əl-Mühəndirin fotolarının bu məclisi bəzəməsi təmamilə təbiidir.
Bəlkə də Həzrət Əbdül -Əzim Həsəninin (ə) hərəminin yanında Azərbaycan Şəhidlərinin ilk anım mərasiminin keçirilməsi İslamın rəşadətli sərkərdələri Qasım Süleymanı və Əbu Mehdi əl-Mühəndirin məzlumcasına və eyni zamanda, qəhrəmanlıqla şəhid olması günlərinə təsadüf etməsi Süleymanı məktəbinin bütün davamçılarına Allah tərəfindən bir ələmətdir ki, İmam Xamneinin bu il noyabrın 3-də verdiyi bəyanatında vurğulandığı kimi,
Azərbaycan Respublikasının bütün torpaqlarının azad edilməsi üçün xalqın mübarizəsinin başa çatması bu dəyərli şəhidlərin yolunu davam etdirməkdən və İmam Hüseynin (ə) Aşura məktəbinə daha çox bağlanmasından asılıdır.
Qasım Süleymaninin ən mühüm xidmətlərindən biri də bir neçə il əvvəl bütün dünyanı qorxuya salan, İslamı süarlardan istifadə edərək sülh və qardaşlıq dininə böyük zərbə vuran, gunahsız insanların (hətta qadın, qoca və uşaqlara belə rəhm etmirdilər) başını kəsib nizələrə taxan, əsirləri diri-diri yandıran, ələ keçirdikləri qadınları özlərinin köləsinə çevirən İŞİD-in məhv edilməsində oynadığı misilsiz roldur.
Qüds qüvvələrinin komandanı Qasim Süleymani batil vəhabizm, ABŞ, İsrail, Ali-Səud və İŞİD-in digər havadarlarına İŞİD-i İraq və Suriya torpaqlarında məhv etməklə böyük zərbə vurdu. Demək olar ki, bu mənfur terrorçuların qətlə yetirdiyi bütün şəhidlərin qisası alındı. Allah-Təala bütün zalımların dünyada kökünü kəssin. İŞİD-in məhv ediləcəyini Hacı Qasım təqribən iki ay öncə proqnoz vermişdi.
Sözünün üstündə kişi kimi durub İŞİD-in məhvinə səbəb oldu. İraq və Suriya xalqı İŞİD bəlasından – Allahın izni – ilə qurtuldu. O dövrdə Yaxın Şərq mənbələrində qeyd olunurdu ki, bir müddətdir Mosul ətrafında naməlum silahlılar İŞİD-ə qarşı hücumlar təşkil edir. Bu hücumlar nəticəsində bir neçə İŞİD liderindən savayı onlarla terrorçu məhv edilib və terrorçuların yerləşdiyi məkanlar darmadağın olunub.
Öldürülən İŞİD əmirləri arasında təşkilatın "vilayət məhkəmə başçısı" Üsamə Abdulvab Altay və "dini təhsil üzrə məsul şəxs” Əbu Dua Əlyəməni də vardı. Qeyd olunurdu ki, bu əməliyyatları həyata keçirən İran generalı Qasim Süleymanidir. Bu isə onu göstərirdi ki, Süleymani artıq İŞİD-in kabusuna çevrilib. O, kiçik dəstə ilə ABŞ-ın özünün yaratdığı İŞİD-ə qarşı öz rəhbərliyi altında yaradılan bütün koalisiya qüvvələrinin bacarmadığı işin öhdəsindən bacarıqla gəldi.
O, bizim üçün kim idi? Azadlıqsevərlərin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi... Əfsanəvi lider haqda yazımı tanınmış politoloq Zərdüşt Əlizadənin vaxtilə general Qasım Süleymani haqda dediyi fikirlərlə tamamlayıram.
hnPolitoloq generalın milyonlar tərəfindən sevilməsini belə əsaslandırmışdı: "Səddam Hüseyn İrana hücum edəndə Qasım Süleymani öz vətənini qəhrəmanlıqla müdafiə etmişdi. Unutmayaq ki, həmin müharibədə Səddama SSRİ-dən tutmuş ABŞ-a qədər bütün dünya hərbi yardım göstərirdi ki, İrana qalib gələ bilsin. Sonra Qasım Süleymani İsrailin məzlum ərəblərə qarşı təcavüz, işğal və ilhaq siyasətinə qarşı öz dövlətinin müqavimətini təşkil edirdi. Məhz bu fəaliyyətinə görə dünyanın əksər İslam ölkələri onu müsəlmanların fəxri və məzlumların müdafiəçisi sayırdı.
Mərhum şəhid Qasım Süleymani geniş kütlələrin rəğbətini paxlava-şəkərbura və dollar paylamaqla deyil, öz qəhrəman və mərd həyatı hesabına qazanmışdı. Dünyaya ağalıq etmək istəyən zalımlara baş əyməyən mərd döyüşçüyə xalq yalnız isti münasibət bəsləyib onun xatirəsini əziz tutur."
Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü