Axtarış...

FHN-nin Agentlik rəisi milyonluq villaları hansı qazancı ilə tikdirib? - İLGİNC


Azərbaycanda vəzifəli şəxslərin dövriyyəsi on milyonlarla ölçülən biznesə, dəyəri milyonlarla manat olan villalara obyektlərə sahib olmaları artıq heç kimə sirr deyil. Bu barədə ölkə mediasında dəfələrlə fakstlara əsaslanmış yazılar dərc edilib.

Azərbaycanda son zamanlar korrupsioner məmurlara qarşı dövlətin apardığı hüquqi mübarizə çərçivəsində həbs edilən məmurların yüzminlik avtomobillərinin, çoxsaylı milyonluq villalarının aşkarlanması da mediada yazılanların bir daha təsdiqini göstərir.

Prezident İlham Əliyev çıxışlarında korrupsioner məmurlara, xalqın, dövlətin pulu ilə özlərinə cəh-cəlal yaratmış məmurlara qarşı aparılan mübarizənin davam edəcəyini dəfələrlə vurğulayıb.

AzFakt.com-un araşdırmasına görə aylıq vəzifə maaşı 1500-2000 manat civarında olmasına baxmayaraq, dəyəri milyonlarla ölçülən mülkləri olan məmurlardan biri də Fövqaladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

Daşınmaz əmlaka- obyektlərə, villalara daha çox önəm verən Cəbrayıl Xanlarovun Qəbələ rayonunun Bum kəndində iki mərtəbəli malikanəsinin olduğu deyilir. Dörd yüz kvadratmetrlik malikanənin dəyərinin milyon manatdan artıq olduğu bildirilir.

Maraqlıdır ki, Bakı şəhərinin mərkəzində yaşayan Agentlik rəisinin daha bir villası da paytaxtın Bilgəh qəsəbəsindədir.

Üç mərtəbə olan bu malikanənin qiyməti də milyonlarla ölçülür.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz