“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Füzuli rayon Qaydış – 6 qəsəbəsi, ev 132 ünvanında yaşayan məcburi kőçkűn Hüseynov Elmir Rəşid oğlu yaşadığı evin son dərəcə təhlükəli vəziyyətdə olduğunu əks etdirən videomüraciətlə prezident İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, köməklik olunmasına xahiş edir. O ölkə başçısına və birinci xanım Mehriban Əliyevaya müraciətində bildirir ki, yaşadığı evin təmir olunması üçün dəfələrlə yerli özünüidarəetmə qurumlarına, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi Elmir müəllimə və qəsəbələr üzrə “JEK” rəisi İsaq müəllimə müraciət edərək yaranmış vəziyyətin aradan qaldırılmasını bildirsə də, lakin adlarıçəkilən hər iki korrupsioner şəxs ondan evin təmir olunması üçün 2000 (iki) min manat rüşvət istəyiblər.
Şikayətçi müraciətində qeyd edir: “Cənab Prezident, biz bu cür ağır vəziyyətdə yaşayırıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik edəsiniz. Füzuli rayonunda Dövlət “Qaçqınkom”un nümayəndəsi Elmir və “JEK” rəisi İsaq olublar özbaşına. Bu şəxslər Sizin ayırdığınız milyonlarla, milyartlarla vəsaiti mənimsəyib yeyir. Onlar yalnız öz qohum əqrabalarının qəzalı vəziyyətdə olan evlərini təmir edirlər. “JEK” rəisi İsaq və “Qaçqınkomun” işçisi Elmir deyir ki, 2000 (iki) min manat ver üç günün içində evini təmir edib verək.” Ardını videoda izləyin: Şikayətçi müraciətində qeyd edir: “Cənab Prezident, biz bu cür ağır vəziyyətdə yaşayırıq. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik edəsiniz. Füzuli rayonunda Dövlət “Qaçqınkom”un nümayəndəsi Elmir və “JEK” rəisi İsaq olublar özbaşına. Bu şəxslər Sizin ayırdığınız milyonlarla, milyartlarla vəsaiti mənimsəyib yeyir. Onlar yalnız öz qohum əqrabalarının qəzalı vəziyyətdə olan evlərini təmir edirlər. “JEK” rəisi İsaq və “Qaçqınkomun” işçisi Elmir deyir ki, 2000 (iki) min manat ver üç günün içində evini təmir edib verək.” Ardını videoda izləyin:
Yeri gəlmişkən qeyd edək ki, bu cür maxinasiyalar təkcə Füzuli rayon ərazisində köçkünlər üçün inşa edilmiş evlərin tikintisi zamanı baş vermir. Ümumiyyətlə, belə hallar “Qaçqınkom”un məcburi köçkünlər üçün inşa etdiyi başqa, başqa qəsəbələrdə evlərin tikintisi zamanı da baş verir. Elə bu səbəblər üzndən də görülən işlər keyfiyyətsiz və fundamentsiz aparılır. Bu üzdən də milyonlarla dövlət vəsaitinin xərclənməsinə baxmayaraq həmin evlər qısa müddətdən sonra qəzalı vəziyyətə düşərək, uçub dağılır.
Maraqlıdır ki, bu qədər vəsaiti hara xərcləyir Dövlət “Qaçqınkom”u?.. Niyə dövlət, dövlətin aidiyyəti səlahiyyətli orqanları bu korrupsiya hüquqpozmalarını araşdırmır? “Qaçqınkom” köçkünlər üçün tikilən hər bir evə görə dövlətin üzərinə 70-80 min manata vəsait hesablayır ki, bu da görülən işlə müqaisədə tərs mütanasiblik təşkil edir. Yəni xərc həddən artıq şişirdilir. Bu isə o deməkdir ki, Prezidentin qaçqın və məcburi köçkünlər üçün sına ayırdığı dövlət vəsaitləri bir sıra korrupsioner şəxslər tərəfindən mənimsənilir. Artıq zərurət yaranıb ki, dövlətin aidiyyəti orqanları, anti-korrupsiya idarəsi hərəkətə keçsin və Dövlət “Qaçqınkomu”nun mənimsədiyi korrupsiya cinayətlərini araşdırsın. Lazım gəlrəsə, aidiyyəti qurumlara buna dair yetərli və əsaslı sübutlar da təqdim edə bilərik. Əslində isə təqdim etməyədə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Şikayətçi qeyd edir ki, “Qaçqınkom”un yerli nümayəndəsi Elmir və “JEK” rəisi İsaq Füzuli rayonunda bir evin (hansı ki, əvvəlcə Qaçkınkom həmin evi başqa köçkünə verirb, bir müddətdən sonra həmin köçkün evi başaq birinə satmaq qərarına gəlirsə) digər şəxsin adına “aformut” olunması üçün 1500 manat pul alırlar. Bu rüşvətxorluq, korrupsiya deyil də, bəs nədir, Cənablar?
P.S. Qedy olunan məsələylə bağlı Füzuli rayonunun millət vəkili Vüqar Bayramovla da əlaqə saxladıq. Hörmətli millət vəkili isə bizə məsələnin araşdırılacağını bildirdi.