Azərbaycanda aylıq vəzifə maaşlarının artımı orta məktəblərdə çalışan 160 minə yaxın müəllimi əhatə edəcək.
"Report"un məlumatına görə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılaraq orta aylıq əməkhaqqı 605 manat müəyyənləşib.