Axtarış...

Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA

Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA


Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən üst səviyyədə aparılan mübarizə nəticəsində xalqın sevimlisinə çevrilmiş DTX-nın “qara maskalıları” artıq bir çox iri ranqlı məmurların qapısını döyüblər. Vəzifə kreslosunda özünü sahib-ixtiyar kimi aparan, aslanlar kimi kükrəyən bu məmurlar “qara maskalıların” qarşısında boynu bükük quzuya dönürlər. Rubrika.az-a daxil olan məlumata görə, aparılan yoxlamalar isə insanı şoka düşürür-söhbət mindən,yüz mindən,lap cəhənnəm milyondan getmir. Mənimsəmə halları on millyonlarla manat vəsaitdən gedir. Xalqın böyük qisminin bu çətin günlərdə 190 manat yardım almaq üçün döymədiyi qapı qoymadığı bir zamanda illərlə vəzifə kreslosunda kötükləşən məmurların topdağıtmaz sərvətinin üzə çıxması haqlı olaraq narazılıq doğurur.
Bu günlərdə Azərbaycan cəmiyyəti çoxmilyonluq “mədəni korrupsiyanın” şahidi oldu. Əbülfə Qarayevin 1994-cü ildən qara günə qoyduğu ölkənin gənclər,idman,turizm,mədəniyyət ( cənab Qarayev müxtəlif vaxtlarda bu sahələrin naziri olub) sahələrində qısa bir araşdırma milyonlarla manat dövlət vəsaitinin mədə niyyətli talanmasını üzə çıxartdı. Təbii ki, belə talanları araşdıranda çox “daşlar” yerindən oynayır. Elə “mədə niyyətli korrupsiya”nın da izləri müxtəlif ünvanlara gedir.Rubrika.az bildirir ki, belə ünvanlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun rektoru Cəfər Cəfərovdur.
Sual edə bilərsiniz ki, Cəfər müəllim gələcəyin müəllimlərinin təlim-tərbiyəsi ilə məşğuldur və onun Qarayevin qara əməlləri ilə nə bağlılığı ola bilər. Hərgah söhbət Təhsil nazirliyindən getsə idi inandırıcı ola bilərdi. Amma Cəfər müəllimlə Qarayevi bağlayan sıx tellər heç də ADPU-da yaranmayıb. Onlar ölkənin turizm sahəsini bərbad günə qoyanda bu işbirliyi yaranıb və bu “dostluq” da dövlət büdcəsinə bir neçə milyon manata (anan ölsün ,ay milyon, oyun-oyuncağa dönmüsən) başa gəlib. Xatırladaq ki, C.Cəfərov ADPU-nun rektoru təyin olunmamışdan əvvəl 2006-2014-cü illərdə Turizm Universitetinin rektoru olub. Bu o zamanlar idi ki, Əbülfəz müəllim də Mədəniyyət və Turizm naziri idi. Turizmə olan “ülvi məhəbbət” hər iki şəxsi bir araya gətirib və büdcənin milyonlarla manat vəsaiti turizmə olan bu “sevgiyə” qurban verilib. Dövlətin turizmin inkişafı naminə ayırdığı milyonlarla vəsait bu iki şəxsin işbirliyi nəticəsində amansızcasına talanıb. Rubrika.az saytına daxil olan məlumatlara görə Ə.Qarayevin ətrafında halqa daraldıqca C.Cəfərov möhkəm narahatlıq keçirir. Çünki,onların turizm sahəsində “külüng çaldığı” zamanlar aparılan tikinti işlərində, eləcə də müxtəlif layihələrin həyata keçirilməsi adı altında sildikləri milyonların da hesabı sorulur. Necə deyərlər “qızıl saatın dilə gəlib çox mətləbləri üzə çıxardığı zaman” artıq yetişib. C.Cəfərovun “turistik keçmişi” müasir pedaqoqluğunu məhv etmək üzrədir. Baxmayaraq ki, onun “ADPU sərgüzəştləri” Turizm Universitetindən heç də geri qalmır. Bu dosyelər üst-üstə qoyulanda yəqin ki, iş yenə də “qara maskalı” qəhrəmanlara düşəcək!
Araşdırmalarımız davam edir.
Rubrika.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz