Ümidvaram dünyanın hər yerini tutan bu bəla tufanı və bəşəriyyəti çətin sınaqlar ilə üzbəüz qoyduğu günlərdə İlahinin lütf kölgəsində sağ salamat olasınız və mütəal Allaha söykənməklə insanlar arasında ümid və və imanı yayasınız.Bu pandemiya bir daha bizə göstərdi ki, elmi nəaliyyətlərə baxmayaraq bəşəriyyət nə qədər möhtac və gücsüzdür. Bəlkə də müharibə qızışıdırmaqdan əl çəkib onun yerinə dostluq qoyulsun. Bizə göstərdi ki milli təhlükəsizlik kimi mənalar öz rəngini itirmiş və Londonun, Bağdadın, Dəməşqin və Sənanın təhlükəsizliyi ayrı deyildir. Necə ki, Nyu York, Stokholm və Tokiyo sakinlərinin rifahı, sağlığı və xoşbəxtliyi Dehli, Pekin və Tehrandan fərqlənmir. Keçmiş zamanlarda bir iranlı şair insan cəmiyyətinin üzvlərinin biri əziyyətə düşəndə bütün cəmiyyətin üzvləri əziyyətə düşər demişdi. Bəlkə də Sədi bu gözəl birlik şeirində cəmiyyətdə olan fərqləri nəzərdə tutmuşdu. Ancaq bizim günlərdə birlik həqiqətə çevrilmişdir və yenə də bu pandemiya bizə insanların bir birinə nə qədər bağlı olduğunu göstərdi.
Ancaq bu çətin şəraitdə bütün dünya əhalisi bu böhranla mübarizə etdiyi bir vaxtda İran xalqı daha da artıq çətinliklərlə üzbəüzdürlər. Çünki uzun illərdir ABŞ nın bir tərəfli zalımcasına olan sanksiyaları ilə qida, dərmana və zəruri tibbi ləvazimatlardan məhrumdurlar. Baxmayaraq ki, Beynəlxalq Ali Məhkəmənin müvəqqəti qərarına əsasən bu ölkə əleyhinə olan sanksiyalar humanitar sahədə olan ticarətə, qeyri hərbi hava nəqli, dərmana aid edilməməlidir. İndi bu hər yeri tutan xəstəliyin çıxması ilə Amerikanın qeyri qanuni sanksiyaları korona virusuna tutulan xəstələrin sağalmasını çətinliklə üzbəüz etmişdir. Bu pandemiya zamanında bəşəriyyət daha çox birliyə möhtac olduğu zamanda Amerika öz öhdəliklərindən boyun qaçırmaqdan əlavə Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinə bağlı qaldıqlarına görə digər dövlətləri hədələyir və yeni nifrət və intiqam dalğasını yayır.Bundan əlavə humanitar qaydalara əsasən və həmçinin Cenevrə Konvensiyasının humanizm barədə dörd qaydasına əsasən hərbi düşmənçilik zamanı belə xəstələr həkim qayğısından məhrum edilə bilməzlər.
Misal üçün Cenevrə konvensiyasının birinci bəndinin 18 ci maddəsində 1949 cu ildə qeyd edilib ki, döyüşən tərəflər yaralı və xəstələrin qorunması üçün lazımı tədbirləri dərhal həyata keçirməlidirlər. Çox uzaq keçmişdə belə dövlətlər əleyhinə döyüşən terrorçular xəstələr, qocalar və uşaqlar ilə üzləşdikdə onları öz terror hədəfləri etmirdilər. İndi isə Amerikanın bir tərəfli zalımcasına olan sanksiyaları mülki insanları dərman və müalicə hüququndan məhrum etmişdir.Korona virusunun bütün dünyanı təhdid etdiyi bir zamanda Amerikanın qanunsuz və insanlıq əleyhinə olan sanksiyaları korona virus xəstəliyinə tutulan insanları bu siyasətinin hədəfi edib və xəstəxanalarda xüsusi rejimdə müalicə alan xəstələri özünün qeyri insani siyasətinə alət edib. Əgər dünyanın dini liderləri bu qanunsuz və bir tərəfli zalımcasına olan sanksiyaların qarşısında sükut etsələr və bu saknsiyaların ləğvini istəməsələr və bu xəstələrin nicatı üçün heç nə etməsələr sabah gec olacaq.
Bizim əxlaq və iman öhdəliklərimiz bizi həyat üçün təhlükəli olan bu xəstəlik və Amerikanın bir tərəfli qeyri qanuni saksiyaları nəticəsində yaranan vəziyyətdə iman və vicdanımızın tərəfini tutmağa çağırır. Bununla da biz İranın müxtəlif şəhərlərində xəstəxanalarda yatan xəstələrin xilası üçün bir addım atmış olaq.Yaşamaq haqqı və həkim xidmətlərindən faydalanmaq haqqı hər bir korona virusa yoluxmuş xəstənin hüququdur. Öz əxlaq və iman vəzifəmizə əməl etmək və xəstə insan hüquqlarını qorumaq üçün lütfən bu bir tərəfli qeyri qanuni sanksiyaların qaldırılması üçün dünyanın səlahiyyətli adamlarına, möminlərə və öz ardıcıllarınıza müraciət edin.
Sonda dünyanın bütün məntəqələrində korona virusa yoluxmuş bütün xəstələrə sağlıq və şəfa diləyirəm.