Axtarış...

İran Bakıdakı səfiri Respublika Günü münasibətilə Azərbaycan dövlətini və Xalqını təbrik etdi

Bismillahir Rəhmanir Rəhim!

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri kimi böyük İran xalqı və dövləti adından hazırda müqəddəs Ramazan bayramı günləri ilə eyni vaxta təsadüf edən, qarşıdan gələn Azərbaycanın milli bayramı 28 May - Respublika Günü münasibətilə dost və qardaş ölkə olan Azərbaycan Respublikasının şərafətli xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan Azərbaycan Respublikasının davamlı inkişaf və tərəqqi əldə etməsini arzulayıram.

Şübhəsiz, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dil ortaqlığı ilə yanaşı, mövcud tarixi, dini və mədəni bağlar, iki qonşu ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün təsirli bir amildir.Əminəm ki, ölkələrimizin yüksək səviyyəli rəsmilərinin mövcud dostluq əlaqələrinə və nümayiş etdirdikləri güclü iradəyə arxalanmaqla birgə səylərimiz nəticəsində iki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və təhlükəsizlik üzrə münasibətlərin inkişafını parlaq gələcəyə doğru apara biləcəyik.

Bütün dünyadan və xüsusən də Azərbaycan Respublikasından korona xəstəliyinin tezliklə yoxa çıxmasını arzulayaraq, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin koronavirusla mübarizə aparmaq məqsədilə səxavətlə İran İslam Respublikasına göstərdiyi yardıma görə təşəkkür və minnətdarlığımı bildirir və bir daha Azərbaycan Respublikasının əziz xalqına və möhtərəm dövlət rəsmilərinə möhkəm cansağlığı və xoş günlər arzulayıram.


Cavad Cahangirzadə
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri



Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz