Axtarış...

İran Rusiya ilə Çini ABŞ-a qarşı çıxmağa çağırdı



Hurriyyet.org xəbər verir ki, İran Birləşmiş Millətlər Təşkilatının qarşı silah embarqosunun uzadılmasına qarşı çıxmaları üçün Rusiya və Çinə müraciət edib. Hazırda qüvvədə olan embarqonun vaxtı oktyabr ayında başa çatır.

İran prezidenti Həsən Ruhani bu gün verdiyi açıqlamada deyib: “Amerikalılar bu məsələni Təhlükəsizlik Şurasına çıxarmaq istəyirlər. Biz BMT Təhlükəsizlik Şurasının dörd daimi üzvünün Amerikaya qarşı çıxmaları üçün çağırış edirik. Xüsusilə də Rusiya ilə Çinin Amerikanın planına qarşı çıxmasını gözləyirik. Amerika uğur qazanmayacaq. Biz embarqo dövründə olduğu kimi müdafiə gücümüzü artıracağıq”.

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının veto hüququna malik üzvləridirlər.
Text-to-Speech

DİNLƏ






Şərh yaz