Türkiyə və Rusiya prezidentlərinin bu gün Moskvada keçirilən görüşündə taxdıqları qalstukların rənglərinin altında gizli mesaj olduğu iddia edilib.
Millitv.az xəbər verir ki, bu barədə fikir bildirən türkiyəli ekspert Furkan Qaya Ərdoğanın mavi qalstuk taxmaqla sülh tərəfdarı olduğunu açıqlayıb:
“Putin isə tünd qəhvəyi qalstuk taxıb. Bu isə o deməkdir ki, rusiyalı lider bir az narahatdır. Buna baxmayaraq, Putin Türkiyənin diplomatik mövqeyinə meyil göstərə bilər. Düzgün mövqe də budur”, - ekspert bildirib. //Axar