Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin görüşü çərçivəsində Suriya böhranı ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.
Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, Türkiyə hər zaman Cənubi Qafqazdakı vəziyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz gündəmində saxlayır:
“Məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqazda sülh və sabitliyə əsas təhdiddir”.
Qeyd edək ki, prezidentlər arasında görüş yanvarın 23-də Moskvada keçiriləcək.