Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Rusiya liderləri regional məsələləri, Liviya və Suriya münaqişələrini müzakirə ediblər.
Bundan başqa, telefon danışığı zamanı yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə və pandemiyadan sonrakı dövrdə hər iki dövlətin atacağı addımlarla bağlı fikir mübadiləsi aparılıb.