Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşəcək.
Trend-in məlumatına görə, bunu RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov bildirib ki, V.Putinin bu günə bir neçə işgüzar görüşü və müşavirə planlaşdırılıb:
"Bundan başqa, o, Kremldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və onların rusiyalı həmkarları Lavrov ilə Şoyqunu qəbul edəcək".