Axtarış...

Türkiyə-Azərbaycan ittifaqı artıq zərurətdir – Politoloq

Ərdoğanın Qarabağ mesajları Türkiyənin həmişəki kimi istənilən halda Azərbaycanın yanında olduğunun göstəricisidir.

Bu sözləri Axar.az-a Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu məqamdan Qarabağın azad edilməsi yolunda Azərbaycan daha səmərəli istifadə etməyə çalışacaq:

“Bunun yolu isə Azərbaycana Türkiyə ordusunun dəvət edilməsidir. Rusiya-Ermənistan müttəfiqliyinə qarşı qoya biləcəyimiz yeganə çıxış yolu Türkiyə-Azərbaycan ittifaqıdır. Düşünürəm ki, Abşeron yarımadasında türk hərbi bazası qurula bilər. Nəzərə alsaq ki, Türkiyə NATO-nun üzvüdür, bu, Azərbaycanın təhlükəsizliyi üçün yeni üstünlüklər deməkdir”.

Politoloq Azərbaycanın təhlükəsizliyi naminə Rusiya və İranla sərhədlərimizin Türkiyə əsgərləri ilə bir yerdə müdafiə edilməsinin də mümkünlüyünü qeyd edib:

“Çünki Ermənistanla müharibə olduğu təqdirdə şimal və cənub sərhədlərinin təhlükəsizliyində Azərbaycan özünü daha rahat hiss etməlidir. Prezident İlham Əliyevin də Türkiyə və Azərbaycan kimi yaxın ikinci belə ölkələrin olmadığını deməsi çox önəmlidir. Bu sözlər Türkiyə və Azərbaycanın daha yaxın olmasına şərait yaradır. İki qardaş ölkənin daha yaxın olması isə yuxarıda qeyd etdiyim məsələlərin həyata keçməsindən asılı olacaq. Bu məsələlərin həyata keçməsi artıq bir zərurətdir”.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz