ABŞ Prezidenti Donald Tramp İrana qarşı 1979-cu ildən bəri tətbiq olunan sanksiyaların müddətinin uzadılması ilə bağlı növbəti qərar verib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri İranla münasibətlərin hələ normallaşmadığını bildirib.
Qeyd edək ki, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin tələbələr tərəfindən tutulmasından sonra o zamanki prezident Cimmi Karter İrana qarşı 12170 saylı sanksiya qərarını imzalayıb.