İraq hökuməti İranın ötən gecə əl-Ənbar, Ərbil və Bağdad əyalətlərində ABŞ qərargahlarına raket zərbələri endirməsi haqda bəyanat verib.
Millitv.az SalamNews-a istinadla xəbər verir ki, bu haqda İraq baş nazirinin ofisinin sözçüsü Əbdül-Kərim Xələf İranın ötən günkü raket hücumu haqda məlumat verib.
Bildirilib ki, "ötən gecə İran İslam Respublikası Qasim Süleymaninin terror edilməsinə cavab olaraq ABŞ qüvvələrinin olduğu obyektlərə zərbələr endirmək istədiyini İraq tərəfə bildirib. Məlumat zərbələr zamanı ya az öncə bildirilib. Bu zamanda ABŞ tərəfi bizlə əlaqə saxlayıb, raketlərin 3 qərargaha düşdüyünü bildiriblər. Biz İraqın hərbi rəhbərliklərinə ehtiyat addımlarının atılması üçün xəbərdarlıq verdik. "
Bu bəyanatda bildirilib ki, "indiyə qədər İraqın hərbi qüvvələri bu hücumda itkilər verməyib və ABŞ koalisiyasında da xəsarətlər və itkilər barədə rəsmi xəbər hələ daxil olmayıb."
Bəyanatın davamında İraq hökuməti bütün dövlətlərdən İraqın suverenliyinin toxunulmazlığını tələb edib və ölkə ərazisinə təcavüzü rədd etdiyini bildirib.