Axtarış...

Türkiyə ordusuna hücum: şəhid və yaralı var

Türkiyə ordusuna hücum: şəhid və yaralı varSuriyanın Tel Abyad bölgəsində kəşfiyyat və nəzarət missiyası zamanı PKK/YPG terrorçularının açdığı atəş nəticəsində Türkiyə ordusunun bir əsgəri şəhid olub, bir əsgər yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının 30 kilometrlik zonadan çıxarılması haqqında razılaşıblar. Boşaldılan əraziyə Ankara tək nəzarət edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ vədini yerinə yetirməsə, Ankara Suriyada əməliyyatı davam etdirəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz