Suriyada “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi ərazilərə daxil olmaq və terror aktları həyata keçirməyə cəhd göstərən 24 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Report”un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Türkiyə xüsusi təyinatlı qüvvələrinin “Fərat qalxanı” əməliyyatı zonasında keçirdiyi əməliyyat nəticəsində 17 PKK/YPG silahlısı zərərsizləşdirilib. Bununla yanaşı, daha 7 terrorçu da Tal-Rifatda öldürülüb.