Axtarış...

Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı


Suriyada həyata keçirilən əməliyyata görə NATO-da Türkiyənin üzvlüyü dayandırılmalıdır.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, belə çağırış Fransa Milli Məclisinin (parlamentin aşağı palatası) 8 siyasi fraksiyanın təmsilçiləri olan 60 deputatın imzası ilə hökumətə edilən birgə müraciətində səsləndirilib.
Parlament üzvləri həmçinin, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara bənzər formada Ankara barəsində də iqtisadi sanksiyaları qəbul etməyi tələb ediblər. Bundan başqa, deputatlar təkid edirlər ki, Paris və Brüssel Türkiyənin Avropa İttifaqına girişi haqqında bütün danışıqların və hər hansı maliyyə köməyinin dayandırılmasına nail olmalıdır.
“Biz kürd müttəfiqlərimizi qorumalıyıq. Onlar bizimlə birgə vuruşaraq artıq yüksək qiymət ödəyiblər”, - siyasi partiyalarının nümayəndələri vurğulayıblar.
Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətindən dayandırılacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz