Axtarış...

ABŞ bunu hətta Əsədə verər, Türkiyəyə yox - Türklərdən NİYƏ QORXURLAR?



Rəsmi Ankara iki böyük güc - Vaşinqton və Moskvaya “Sülh çeşməsi”ni qəbul etdirdi.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyada hazırkı mövqeyinə aydınlıq gətirib.



Politoloq hesab edir ki, İslam xilafətinin son varisi Türkiyə olduğundan, rəsmi Ankaranın yeni İslam gücü olaraq ortaya çıxmaması üçün başda ABŞ olmaqla, Qərb dünyası əlindən gələni edir:

“Ötədn gündən Ayn-el Arab (Kobani) ateist terrorçu YPG-dən təmizlənərək türk və rus hərbçilərinə təhvil verildi. Bu, Soçidə razılığa gəlinən Ərdoğan-Putin razılaşmasına uyğun baş verdi. Ayn-el Arab türk və rus hərbi qulluqçuları tərəfindən patrul ediləcək. Türkiyə-Rusiya razılaşmasına uyğun olaraq, Türkiyə Suriya sərhədinin bir hissəsinə Suriya qoşunları yerləşdirilir. Bütün bunlar onu göstərir ki, Türkiyə ilə Rusiya arasında razılaşma yerinə yetirilmə mərhələsindədir”.

Politoloq qeyd edib ki, bu, artıq Türkiyənin Suriyada üçüncü hərbi əməliyyatıdır:

“Ankaranın ən böyük qazancı budur ki, YPG terror təşkilatı tam olaraq Türkiyə sərhədlərindən çəkiləcək. “Sülh çeşməsi”ni əhatə edən Türkiyə-Suriya sərhədinin bir hissəsi tam olaraq, digər hissəsini isə Rusiya və Suriya ilə birlikdə Türkiyənin nəzarətində olacaq. Türkiyə əsas istəyinə çatdı. YPG-ni sərhədlərindən rədd etdi. Rusiya Türkiyə ilə razılaşma əsasında ABŞ tərəfindən boşaldılmış bazaları doldurdu. Rusiya Türkiyə sərhədinə çıxdı və rəsmi Dəməşqi də özü ilə birlikdə Türkiyə sərhədinə çıxartdı. ABŞ isə gördü ki, Türkiyə YPG-ni sərhədlərində məhv etməyə israrlıdır. Ona görə də bu bölgəni Türkiyəyə yox Rusiyaya verməyi daha üstün tutdu. Bu da ondan xəbər verir ki, ABŞ Yaxın Şərqdəki mövqelərini Rusiya, İran, hətta Əsədə verər, ancaq müttəfiqi Türkiyəyə verməz”.

Ə. Məmmədli vurğulayıb ki, ABŞ-ın region və dünyada güclənməsini istəməyən ən birinci dövlət nə Rusiya, nə İrandır:

“Bu ölkə Türkiyədir. Türkiyə üç qitədə (Avropa, Asiya, Afrika) əraziləri olan dövlət olub. Əsrlərdir imperiya, dövlətçilik ənənələri olan Türkiyənin yenidən super gücə çevrilməsi Qərb və digər qeyri-müsəlman dünya və onların müsəlman coğrafiyasında gerçək müttəfiqləri və marionetləri üçün ən arzuolunmaz ssenaridir. Türkiyə yenidən super güc olsa, İslam dünyasını öz ağuşuna alıb bütün işğallardan, müstəmləkələrdən qurtaracaq. Ona görə də ABŞ müsəlman coğrafiyasında buraxdığı yerləri hər kəsə verməyə hazırdır, bir Türkiyədən başqa”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz