Axtarış...

Türkiyənin Suriyada hərbi əməliyyatı təxirə salmasının səbəbi açıqlandı

Türkiyənin Suriyada hərbi əməliyyatı təxirə salmasının səbəbi açıqlandı



Ankara Suriyada hərbi əməliyyatın təxirə salınmasının səbəbini açıqlayıb.

Oxu.az bildirir ki, müvafiq bəyanatla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

O bildirib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatı ABŞ-ı cavab atəşə təhrik etməmək üçün təxirə salınıb.

Nazirin sözlərinə görə, məqsəd ABŞ qoşunlarının Suriyadan çıxarılması zamanı "dost atəş"dən yayınmaq olub.

Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyə və ABŞ yanvarın 8-də Vaşinqtonda qoşunların çıxarılması məsələsini müzakirə edəcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz