Türkiyə ordusu Suriyanın Ayn-əl-Ərəb bölgəsindəki terrorçu PKK/YPG-PYD-nin mövqelərinə zərbələr endirib.
Millitv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Türkiyənin Şanlıurfa əyalətinin Suruc rayonun sərhəd xəttindən Fərat çayının şərqində yerləşən Ayn-əl-Ərəb (kürd separatçıları Kobani deyir) bölgəsindəki PKK terrorçularının mövqelərini haubitsa ilə atəşə tutub. Nəticədə 4 terrorçu məhv edilib, 6-sı yaralanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Fəratın şəqrində yerləşən terrorçuların mövqelərinə zərbə endirəcəklərini bildirib.