Axtarış...

Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA



“Rusiyada işləyən azərbaycanlıların Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəmələrinə ehtiyac yoxdur”.
Bu sözləri Lent.az -a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, dünya praktikasında xüsusən rezidentlər və qeyri-rezidentlər üzrə sosial ödənişlərin qruplaşması həyata keçirilir:
Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA
“Rusiyada yaşayan yerli vətəndaşlar onsuz da ölkədə müvafiq vəsaitləri ödəyirlər. Bu səbəbdən də onların Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna da ödəniş etmələri düzgün deyil. Əgər bu baş verərsə, orada işləyən şəxslər iki quruma ödəniş etməlidirlər ki, bu da onların gəlirlərindən daha çox ödəniş etmələrinə səbəb ola bilər.
Qeyd edim ki, qeyri-leqal işləyən şəxslərdən vəsaitin əldə edilməsi mümkün deyil, ancaq leqal işləyənlər yaşadıqları Rusiyada, eləcə də digər ölkələrdə müvafiq ödənişləri edirlər. Ümumiyyətlə, mən digər ölkələrdə, eləcə də Rusiyada işləyən yerli vətəndaşların DSMF-yə və ya digər vergi ödənişlərinə cəlb edilməsinin tərəfdarı deyiləm”.
V.Bayramov qeyd edib ki, sözügedən məsələ ilə bağlı ölkələr arasında qarşılıqlı razılıq əldə edilə bilər:
“Əgər Rusiyada işləyən azərbaycanlı, daha sonra ölkəyə qayıdaraq burada pensiya almaq hüququ qazanarsa, onun üçün Rusiyadan DSMF-yə vəsait tranfer edilə bilər. Həmçinin hazırda burada da yaşayan elə rusiyalılar var ki, onlar pensiya hüququnu bizim ölkədə yox, Rusiyada əldə edəcəklər. Burada isə Azərbaycan sözügedən vəsaiti qonşu ölkəyə tranfer etməlidir. Zənnimcə, bu məsələnin üzərində işlərin getməsi daha düzgün olar”.
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiya var:

“Ancaq bu konvensiya Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. İnsanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlılar işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödəməlidirlər. Ona görə bu məsələr üzərində iş aparılmalıdır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz