Rusiya prezidenti Vladimir Putin ilin əvvəlindən Rusiyada qarşısı alınan terror aktlarından danışıb.
Millitv.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o müvafiq informasiyanı yüksək rütbəli zabitlər və prokurorlarla görüşündə səsləndirib.
"Bu ilin 9 ayı ərzində Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən 26 terror istiqamətində cinayətin qarşısı alınıb ki, onlardan da 15-i terror aktıdır", - deyə Putin qeyd edib.
Ölkə başçısı güc strukturlarını bundan sonra da Milli Anti-terror Komitəsi ilə koordinasiya şəklində qətiyyətli və effektiv şəkildə əməkdaşlıq etməyə çağırıb.
Putin, həmçinin çıxışında Rusiya hərbçilərinin döyüş və operativ hazırlığının artırılmasını məsələsini qaldırıb.