Axtarış...

Türk lirəsi sürətlə ucuzlaşır - CİDDİ problemlər yaşanacaq / İQTİSADÇI

Türk lirəsi sürətlə ucuzlaşır - CİDDİ problemlər yaşanacaq / İQTİSADÇI

Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.

Türkiyə siyasətində baş verən son hadisələr lirənin ucuzlaşmasına təsir edib. Seçki nəticələrinin ləğv edilməsi qərarından sonra türk lirəsi 2%-dən çox ucuzlaşıb.

İqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında bildirib ki, ucuzlaşmanın davam etməsi Türkiyə iqtisadiyyatı üçün ciddi təhlükələr yarada bilər:

“Lirənin ucuzlaşmasına təsir edən yeganə səbəb bələdiyyə seçkilərinin nəticələri deyil. Türkiyənin xarici borcunun artması da lirənin dəyərdən düşməsinə yol açıb. Bu ucuzlaşma daxili bazarda sənayenin inkişafına mənfi təsir göstərir və zəifləməsinə səbəb olur. Türk lirəsi ucuzlaşmağa davam edərsə, ciddi problemlər yaşanacaq”.

Lirənin ucuzlaşmasının Azərbaycana mümkün təsirləri ilə bağlı iqtisadçı bildirib ki, ucuzlaşma Azərbaycandan valyuta axınını yüksəldir:

“Türkiyə Azərbaycanın əsas ticarət partnyorlarından biridir. Lirənin ucuzlaşması fonunda valyuta axını yüngül sənaye sahəsində özünü göstərir. Türkiyədə qiymətlərin ucuzlaşması bu ölkədən mal və məhsul gətirməyə marağı artırır. Leqal və ya qeyri-leqal formada baş verən axının qarşısını almaq isə vacibdir. İdxal artması istehsalın azalmasına səbəb ola bilər. Ümumilikdə isə lirənin ucuzlaşması iki ölkənin valyuta bazarına ciddi təsir etməyəcək. Çünki Azərbaycanın daxili ehtiyatları yüksək səviyyədədir”.

Qeyd edək ki, “Goldman Sachs Group inc.” şirkəti türk lirəsinin daha 15% ucuzlaşa biləcəyi barədə proqnoz verib.

Redaktor.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz