Axtarış...

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

Rusiyada azərbaycanlı iş adamı öldürüldü

Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb.

Millitv.Az Report-a istinadən bildirir ki, 1980-ci il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib.

Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Hadisənin mübahisə zəminində baş verdiyi deyilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz