Axtarış...

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA

ləğv ediləcək”.

Bu sözləri parlamentin dünən keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər:

“Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə qazanılan gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi ƏDV-dən azad ediləcək”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli Lent.az -a bildirib ki, tikinti şirkətlərinin sadələşdirilmiş vergi ilə işləməsinə iki səbəb olub:

“Birinci səbəb o idi ki, şirkətlərdə mühasibatlıq dəqiq qurulmamışdı və bir nəfər oturub, sadəcə olaraq ümumi rəqəmləri hesablayır, dəqiqləşdirilmiş hesabat aparmırdı. Digər səbəb isə tikinti şirkətlərinin tikinti xərci ilə satış qiyməti arasındakı fərqin çox böyük olması idi. Buna görə də onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq sərf edirdi”.

N.İbrahimov əlavə edib ki, sadələşdirilmiş verginin ləğvi ilə evlərin bahalaşacağı fikirləri ilə razılaşmır:

“Tikinti şirkətləri vahid vergi rejimində fəaliyyət göstərdikdən sonra məcbur olacaqlar ki, bütün xərclər göstərilsin və rəsmi sənədləşdirmə işləri baş tutsun. Bundan sonra evlərin satış qiyməti ilə xərcləri arasındakı marja (fərq) kiçiləcək.

Düşünürəm ki, əslində real uçot nəticəsində ƏDV (əlavə dəyər vergisi) tikinti şirkətləri üçün daha sərfəlidir. Onların özləri də şahid olacaq ki, uçotlar düzgün aparılsa, sadələşdirilmiş vergidən belə az vəsait ödəyəcəklər”.

Ekspert əlavə edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi düzgün qərardır:

“Çünki, bəzi tikinti şirkətləri binaların bir hissəsini dövlətə verirlər ki, növbədə olan şəxslərə ev verilsin. Bu şirkətlərin ƏDV-dən azad edilməsi müsbət addımdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz