Axtarış...

"Azərbaycan və Ermənistan arasında girovların mübadiləsi etimadın qurulması üçün vacib addımdır" - ABŞ səfiri

"Azərbaycan və Ermənistan arasında girovların mübadiləsi etimadın qurulması üçün vacib addımdır" - ABŞ səfiri

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü keçirməkdən məmnundur".

Bunu "Report"un sualını cavablandırarkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

"Şadam ki, bu görüşdən sonra növbəti addım bəzi məhbusların mübadiləsi oldu. Bu cür addımlar mövcud olan çətin məsələləri həll etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün lazım olan etimadı yaratmağa kömək edir. Məqsədimiz tərəflərin bu cür hərəkətlərinə dəstək olmaqdır", - o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin son görüşü iyunun 20-də Vaşinqtonda keçirilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz