Axtarış...

Nikolun "referendum" açıqlaması: Bir daha aydın oldu ki, Qarabağ danışıqları mənasızdır - TƏHLİL

Nikolun "referendum" açıqlaması: Bir daha aydın oldu ki, Qarabağ danışıqları mənasızdır - TƏHLİL

“Nikol Paşinyan cəbhədə gərginliyin azaldığını deyib və bunu Prezidenti İlham Əliyevlə Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Ermənistanın baş naziri bu ifadələrlə demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub:

“Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o Serj Sarkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən “Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır. İkinsi, Nikol Paşinyan Feysbuk səhifəsindəki çıxışında bir başqa optimizmini də səsləndirib: “Dağlıq Qarabağ danışıqlarında irəriləyiş olmasa da, maraqlı dinamika müşahidə olunur”.

Əslində danışıqlarda heç bir irəriləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Bəyanatda danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır”.

Ekspertin sözlərinə görə, Paşinyan canlı yayımda çıxışında Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır:

“Qarabağ məsələsi mənim məsələm deyil, bu ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığını vurğuladı. Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib və yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan Prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Nikol Paşinyan canlı yayımda verdiyi açıqlamardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir. Qaldı ki, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan facebook-dakı səhifəsi üzərindən canlı yayıma çıxaraq bəzi mövzulara toxunub. Paşinyan deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, belə bir əlavəsini də unutmayıb: “Təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz