Axtarış...

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 6-sı uşaq olub.

Ümumilikdə bu ilin ilk 8 ayı ərzində 71 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 23 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu il 1 nəfər sirkə turşusundan zəhərlənərək ölüb. Sirkə turşusundan zəhərlənmə istisna olmaqla, il ərzində zəhərlənməyə məruz qalanlar arasında ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənənlərin, əsasən, 70 faizi qadın, 30 faizi kişi olur. Zəhərlənən qadınlar arasında 30-45, kişilər arasında isə 45-50 yaşlılar üstünlük təşkil edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz