Axtarış...

Ötən il Azərbaycanda talassemiyadan 13, leykomiyadan 183 nəfər ölüb



Ötən il talassemiya diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı 418 nəfər olub. Onlardan 243 nəfəri kişi, 175 nəfəri isə qadındır.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstələrdən 144-ü kişi, 88-i qadın olmaqla 232 nəfəri 0-17 yaş qrupuna, 38-i kişi, 30-u qadın olmaqla 68 nəfəri 18-29 yaş qrupuna, 61-i kişi, 57-si qadın olmaqla 118 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində talassemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı ilin sonuna olan məlumata əsasən, 3700 nəfər olub. Onlardan 2157-si kişi, 1543-ü qadındır. Həmin şəxslərdən 2046 nəfəri 0-17 yaş qrupuna, 810 nəfəri 18-29 yaş qrupuna, 844 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.

Komitədən bildirilib ki, ötən il hemofiliya diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı 76-sı kişi, 28-i qadın olmaqla 104 nəfər olub. Xəstələrdən 42 nəfəri 0-17 yaş aralığında, 25 nəfəri 18-29 yaş aralığında, 37 nəfəri 30 və yuxarı yaş aralığında olanlardır.

Məlumatda qeyd olunub ki, 2018-ci ildə limfoid leykemiya diaqnozu ilə qeydə alınan xəstələrin sayı 162 nəfər olub. Onlardan 85 nəfərini kişi, 77 nəfərini qadınlar təşkil edir. Xəstələrdən 22-si 0-17, 17-si 18-29, 123-ü 30 və yuxarı yaş qrupuna aiddir.

Ötən il mieloid leykemiya diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı isə 63 nəfər olub. Onlardan 31-i kişi, 32-si qadındır. Xəstələrdən 4 nəfəri 0-17, 4 nəfəri 18-29, 55 nəfəri isə 30 və yuxarı yaş aralığına malik şəxslərdir.

Ötən il talassemiya xəstəliyindən 5-i kişi, 8-i qadın olmaqla 13 nəfər ölüb. Onlardan 8 nəfəri 0-17 yaş qrupuna, 3 nəfəri 18-29 yaş qrupuna, 3 nəfəri 30 və yuxarı yaş qrupuna aid şəxslərdir.

2018-ci ildə hemofiliyadan 1 kişi dünyasını dəyişib. Limfoid leykemiya xəstəliyindən ölənlərin sayı 66-sı kişi, 45-i qadın olmaqla 111 nəfər olub. Onlardan 17 nəfəri 0-17, 12 nəfəri 18-29, 82 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.

Mieloid leykemiya xəstəliyindən isə 37-si kişi, 35-i qadın olmaqla 72 nəfər ölüb. Onlardan 2-si 0-17, 5-i 18-29, 65-i 30 və yuxarı yaş aralığında olan şəxslərdir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz