Axtarış...

Bu il Azərbaycanda 306 nəfər İİV-ə yoluxub

Bu il Azərbaycanda 306 nəfər İİV-ə yoluxub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 306 nəfər İİV-ə yeni yoluxub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onların 298-i (97,4%) Azərbaycan vətəndaşlarında, 8-i (2,6%) isə əcnəbilərdə aşkarlanıb.

Qeydiyyata alınmış 298 Azərbaycan vətəndaşının 193-ü (64,8%) kişi, 105-i (35,2%) qadındır. Bu dövr ərzində 74 nəfər Azərbaycan vətəndaşı QİÇS mərhələsinə keçib, İİV infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.

2018-ci ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 33-ü (11,1%) parenteral, 173-ü (58,1%) heteroseksual, 20-i (6,7%) homoseksual kontakt nəticəsində infeksiyaya yoluxub, 70 nəfərin (23,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5 937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4 204-su (70,8%) kişi, 1 733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 2 080 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülənlərin 43,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-də anadan uşağa keçməklə, 8,3 -də yoluxma yolu müəyyən edilməyib.

Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində bu ilin 6 ayı ərzində 64 786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 69 nəfərdə ilkin müsbət nəticə qeydə alınıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz