Axtarış...

Son iki gündə 16 nəfər dəm qazından zəhərlənib

Son iki gündə 16 nəfər dəm qazından zəhərlənib

Güclü küləyin müşahidə edildiyi 2 gün ərzində 16 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.

Bu barədə Azvision.az -a şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. Bildirib ki, onlardan 6 nəfəri hospilitizasiya olunub.
“6 nəfərdən 4-ü qadın, 2-si kişidir. Küləkli hava şəraiti ilə əlaqədar dəm qazı zəhərlənmələri ilə bağlı müraciətlərin çox olacağını gözləyirdik. Amma yaxşı ki, bunların sayı azdır. Ümumiyyətlə, yanvarın 1-dən bu günədək 32 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edib, 16 nəfər isə son iki gündə qeydə alınıb”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz