Axtarış...

Bakıda “Qoç ət” restoranında zəhərlənmə: - Ailə xəstəxanaya yerləşdirildi

Bakıda “Qoç ət” restoranında zəhərlənmə: - Ailə xəstəxanaya yerləşdirildi
Bakıda “Qoç ət” restoranlar şəbəsindən birində zəhərlənmə hadisəsinin baş verdiyi bildirilir.

Bu barədə minval.info-ya məlumat verən paytaxt sakini Tural Allahverdiyev hadisənin iyunun 4-də qeydə alındını söyləyib. Onun sözlərinə görə, dostu Rəfael Quliyev, onun ailəsi və ailəvi yaxınları Ramazan ayının son günündə “Qoç ət”in Binəqədi filialında iftar süfrəsində olublar.

“Dünən dostumun bayram namazında vəziyyəti pisləşib. Evə döndükdən sonra həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra Rəfaelin vəziyyəti yaxşılaşsa da, həyat yoldaşının səhhəti onunla müqayisədə yaxşı deyil. Uşaqlar da A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yerləşdirilib. Özləri isə 1 saylı xəstəxanadadır” – T.Allahverdiyev saytımıza açıqlamasında söyləyib.

Bakıda “Qoç ət” restoranında zəhərlənmə: - Ailə xəstəxanaya yerləşdirildi

T.Allahverdiyev dostu Rəfaelin ziyarətində

Tural bəy həmçinin deyib ki, dünən restoranın administratoru tibb müəssisənə dostuna baş çəkib: “Əvvəlcə bildirildi ki, restoran hadisədə məsuliyyət daşımır. Səbəb kimi isə məhsullarının yeni olduğu göstərildi. Administrator dedi ki, ekspertiza təyin edilsin. Bu gün isə yenidən xəstəxanaya gedib və söyləyib ki, nə lazım olsa, köməklik göstəriləcək”.

T.Allahverdiyev eyni zamanda bildirib ki, dostugillə birgə iftar edən ailəvi yaxınları da hadisə ilə əlaqədar xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə bağlı “Qoç ət” restoranının Binəqədi filialıyla əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs bir neçə dəqiqə sonra geridönüş edəcəklərini bildirdilər. Lakin xeyli müddət keçməsinə baxmayaraq, bununla bağlı heç bir açıqlama verilmədi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz