Şəkidə toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər, toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.