Axtarış...

Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkarlanıb



Bu ilin I rübü ərzində Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib.

Millitv.az xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, onların 164-ü (98,2%) Azərbaycan vətəndaşlarında, 3-ü (1,8%) isə əcnəbilərdə aşkarlanıb. Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 - 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5%) kişi, 55-i (33,5%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər Azərbaycan vətəndaşı İİV infeksiyasından dünyasını dəyişib.
N.Zülfüqarov qeyd edib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9%) kişi, 2097-si (30,1%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub.

Mərkəz rəsmisi əlavə edib ki, qeydiyyata götürülən ölkə vətəndaşlarının 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1% -də yoluxma yolu müəyyən edilməyib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz