Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə Ali Radanın deputatı Oleq Lyaşko arasında canlı yayımda mübahisə yaşanıb.
Axar.az xəbər verir ki, mübahisə Lyaşkonun xəstə uşaqlara sahib olan ailələrin problemlərindən şikayət etməsindən sonra başlayıb. Bu zaman Saakaşvili deputata bu cür ailələrə öz malikanələrini və milyonlarla dollarını bağışlamağı “məsləhət” görüb.
“Bu, danışmaqdan daha faydalı olardı”, - Saakaşvili bildirib.
Cavabında isə deputat Saakaşvilidən barəsində iş qaldırılmış vətəninə qayıtmaq istəyib istəmədiyini soruşub.
Saakaşvili “qeybətcil” Lyaşkodan fərqli olaraq Odessada yol tikdiyini qeyd edib.
Bundan sonra siyasətçilər bir-birinə qışqırmağa davam ediblər.