Dünən “Maşın Şou” bitəndən sonra iştirakçılar arasında qarşıdurma yaşanıb.
Yenicag.az xəbər verir ki, bunu şounun aparıcısı Murad Dadaşov canlı yayımda bildirib.
Onun sözlərinə görə, Sərxan Kərəmoğlu və Ramil Nabranlı arasında qalmaqal yaşanıb. Qalmaqala Xose Bernardo da qatılıb:
“Əsəblər çox gərgin idi, böyük bir gərginlik yaşandı. “Maşın Şou” tarixində belə şey görünməmişdi”.
Baş verənlər şou iştirakçılarına, xüsusən də xanımlara həyəcan yaşadıb.