Axtarış...

Xoşqədəmlə Qənirə Paşayeva mübahisə etdilər - Nərminə görə



Millət vəkili Qənirə Paşayeva ilə aparıcı Xoşqədəm Baxşəliyeva arasında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, buna səbəb Paşayevanın ötən ilin noyabrında itkin düşən və dünən meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı paylaşımı olub. Deputatın yazdıqlarına aparıcı sərt reaksiya verib və onu qınayıb:

"Nərmin itəndə sizi orada görmək istəyərdim, ölüsü ortaya çıxdıqdan sonra yox, hörmətli Qənirə xanım. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər, bağışla".

Xoşqədəmin sözlərinə biganə qalmayan Q.Paşayeva "Mən o dairənin Millət vəkili olmasam da, hüquq mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Daim maraqlana bilərəm, hüquq mühafizə orqanları da bu məsələ ilə bağlı nə qədər maraqlandığımı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsiniz, o cür də edə bilərsiniz. Amma gerçəkləri bilin istədim" cavabını verib.

Daha sonra deputatla aparıcı arasında mübahisə böyüyüb. Xoşqədəm qarşı tərəfə "Ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadım. Bunu yalnız sizə yaza bilərəm, uman yerdən küsərlər, dedim" sözlərini əlavə edib.

"Hüquq mühafizə orqanlarına müraciət edirik. Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesdə sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə davamlı hüquq mühafizə orqanlarına müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. "Uman yerdən küsərlər" fikrinizə sayğı ilə yanaşıram. Amma bu cür işlərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilirik" deyərək, Q.Paşayeva məsələyə aydınlıq gətirib.

Xoşqədəmlə Qənirə Paşayeva mübahisə etdilər - Nərminə görə
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz