Bu gün bütün postsovet ölkələrinin , o cümlədən bütün dünyanın gözü Ukraynadadır.
Bu ölkədə baş tutan Prezident seçkilərinin ikinci turu bu ölkədə xalqın aktiv iştirakı nəticəsində Vladimir Zelenskini Prezident kürsüsünə gətirdi. İlk dəfə xalq istədiyi adamı səs çoxluğu ilə seçib, hakimiyyətə gətirdi.
V.Zelenski kim idi? Yüksək aktyorluq və rejissorluq talantına malik olan sənətkar. Bununla belə yaratdığı “95-ci kvartal” studiyası vasitəsi ilə Ukraynanı dağıdan və korrupsiya içində boğan məmur oliqarxlara qarşı mübarizə aparan şəxsiyyət.V. Zelenskini xalqa sevdirən və onu hakimiyyətə gətirən “Xalqın nökəri” çox seriyalı filimdə oynadığı Prezident Qoloborodka rolu oldu.
Maraqlı bir fakt? 2016-cı ildə “Xalqın nökəri” filmində Qoloborodka 73% səs toplayıb, Prezident seçilmişdi. Bu göstəriciyə V.Zelenski də nail oldu. V.Zelenskinin “Xalqın nökəəri” filmində ortaya qoyduğu və aradan qaldırdığı problemlərlə indi o, real həyatda üzləşir.Bir şey aydındır ki, V.Zelenski Qoloborodkonun, yəni öz qəhrəmanının filmdə həyata keçirtdiyi islahatları, real həyatda reallaşdırsa, Ukrayna MDB məkanında yeganə dövlətə çevriləcəkdir, orada xalq məmur-oliqarxlardan tamamilə uzaqlaşacaq və ölkənin idarəçiliyi xalqın ixtiyarına veriləcək.Odur ki, V.Zelenskiya qarşı Rusiya kanalları elə aqressiv mövqe tutublar ki, elə bil Radanın buraxılmış deputatları onların qohum-əqrəbalarıdır. “Zaman göstərər!”, “Kim əleyhinədir?”, “:60 dəqiqə “ və s. ermənilər və yəhudilərin çoxluq təşkil etdiyi verilişlərdə az qalırlar Ukraynanı Rusiyaya düşmən etsinlər, yenicə hakimiyyətə gəlmiş V.Zelenskini təlxək qismində Rusiya tamaşaçılarına tanıtdırmaq istəyirlər. Elə bil bu kanalların məqsədi bir kökə malik olan iki xalqı bir-birinə düşmən etməkdir və bunun xüsusi tapşırıqla edirlər. Onların isə oyunlarının mahiyyəti həqiqətən iki dövləti bir-birinə vurmaqdır. Kimin tapşırığı ilə? Və nə məqsədlə? Əlbəttə ki, hər iki xalqın düşmənlərinin əliylə...V.Zelenski satirik obrazlar yaratsa da, həqiqətdə yüksək intellektə və ağla malik olan şəxsiyyətdir. Aktyorun cürbəcür obraza girməsi, onun intellektinin yüksəkliyinin göstəricisidir.
Böyük Amerikan yazıçısı Robert Krayton “Santa-Vittoriyanın sirri” əsərində Bonbolini obrazını, ölkənin ağır anlarında xalqın seçdiyi mer obrazını yaradanda, belə bir fraza diqqəti cəlb edir. Bambolini bu şəhərin təlxəyi idi, ancaq ölkənin çətin anlarında, xalq başa düşdü ki, təlxək sandıqları bu insan şəhərlərini xilas edə bilər, çünki təlxək cisminə düşsə də, xalqa dediyi sözlərin hamısı həqiqət idi və xalq ona etimad göstərmişdi.V.Zelenskinin xalqın seçməsinin səbəbini başa düşmək üçün onun “95 kvartalda” yaratdığı dövlət xadimlərinin bir-birindən fərqli obrazları, xalqın gözünü açmağa yönəldilmişdi. İndi xalq öz sevimli aktyoruna Ukraynanın siyasi səhnəsini vermişdir ki, məharətlə yaratdığı Prezident Qoloborotka kimi ölkəni dağıdan oliqarx-məmurlara və deputatlara qarşı xalqla birlikdə açıq mübarizə aparsın.Bir ay bundan əvvəl hakimiyyətə gəlmiş V.Zelenski hərə “bismillah” etməmiş Rusiyanın adını çəkdiyimiz erməni-yəhudi kanallarına vəlvələ düşmüşdür.Bu kanalların biri də V.Zelenskinin xalq tərəfindən seçildiyini Radanı niyə buraxmasından, qeyri-qanunu yollarla varlanmaların qarşının alınması ilə bağlı, deputatların geri çağırılması ilə bağlı qanunların qəbul edilməsi, yeni seçkilərin keçirilməsi və s. kənarda qoyub, V.Zelenskinin təlxəyə çevirməyə çalışırlar. Bununla da, V.Zelenskinin islahatlarının Rusiya siyasi elitasının canına qorxu düşdüyünü bütün dünyaya göstərirlər.
Faiq Bağırzadə adlı Azərbaycan dövlət universitetinin müdrik rektoru vardı. O, deyirdi: “ Xoşbəxt o adamdır ki, onu pisləri pisləyir!”V.Zelenski bu kanalların pislənməsi, əlbəttə ki, bu şəxsiyyətin hörmətini rus xalqının gözündə qaldırır. Səbəb. Rus xalqı da V.Zelenski kimi bir liderin arzusundadır, çünki Rusiya dövlətini kökündən dağıdan korrupsiyoner məmur-oliqarxlardır. V.Zelenskinin mübarizəsi də elə onlarladır.V.Zelenskinin 1 ay ərzində həyata keçirdiyi layihələri elə bil “Xalqın nökərində” olduğu kimidir, yəni o, Prezident Qoloborodkonun etdiyini edir, özü də çox prinsipial şəkildə.Bəziləri V.Zelenskini M.Saakaşvili ilə müqayisə edirlər. Hərəkətlərində oxşarlıq olsa da, M. Saakaşvilidən fərqli olaraq V.Zelenski xalqa yaxın olduğundan korrupsiyaya və korrupsionerlərə qarşı mübarizəni daha aktiv aparır.M.Saakaşvili hakimiyyətə gələn kimi korrupsionerlərin nəyi var idisə əllərindən aldı və xalqın maaş və pensiyalarını müsadirə etdiyi pullarla 5-10 dəfə qaldırdı.Bunu indi Ukraynada V.Zelenski həyata keçirmək istəyir.Analitiklər qeyd edirlər ki, deputat və məmur-oliqarxların Ukrayna büdcəsindən oğurladıqlarını V.Zelenski qaytarsa, xalqın pensiya və maaşlarını 10 dəfə qaldırmağa nail olacaq. Bu Ukrayna xalqının rifah halını hətta bir çox Avropa ölkələrindən də çox yaxşılaşdıracaq. Bu o deməkdir ki, Ukraynanı qazanc üçün tərk edənlər geriyə qayıdacaqlar. Bu ÜDB 10 dəfə qalxmasıdır.
V.Zelenski sülh tərəfdarıdır. Minsk Formatında danışıqları bərpa etmək üçün ciddi addımlar atır. Ən əsası odur ki, atəşgahı dayandırıb və xalqını qırılmağa qoymur.Rusiya tərəfi elə düşünür ki,V.Zelenski Poroşenkonun yolunu tutacaq və müharibəni Qərbin tapşırığı ilə davam etdirəcək. Hər şey tərsinədir. Elə bil “Xalqın nökəri” filmindəki kimi.V.Zelenski And içmə mərasimində konseptual şəkildə ilk dəfə UKRAYNALIĞIN mahiyyətini xalqa açıqladı, dövlət ideologiyasında vətəndaşın hansı dildə danışmasından asılı olmayaraq Ukraynalı olduğunu qeyd etdi. Bu milli birliyə və barışığa atılan ən müdrik addım oldu. Adı çəkilən Rusiya kanalları isə bu şəxsiyyətin aqressiv olduğunu təbliğ etməkdən çəkinmirlər.Bəli, Qərb V.Zelenskini Rusiyaya qarşı istifadə edə bilər. Gəlin bu faktı da araşdıraq. Ancaq bir şeyi nəzərə almalıyıq ki, Qoloborodkonun həyata keçirtdiyi siyasətin mahiyyəti Ukrayna Respublikasının Qərbdən asılılığını heçə endirmək və dövlətçiliyini möhkəmləndirməkdir. Qoloborodko Donesk və Donbas məsələsini sülh yolla həllini də iqtisadiyyatın gücləndirilməsi və inkişafında, xalqın rifah halını yaxşılaşdırmaqda görürdü. V.Zelenski də bu yolla gedir. Qərb V.Zelenskiyə “yaşıl işıq” yandırmaqla, Ukraynanı qüdrətli dövlətə çevirəcək. Ən maraqlısı odur ki, bunu Rusiya iqtidarı istəməyəcək, çünki korrupsiya bataqlığından çıxa bilməyən Rusiya rəhbərliyinə V.Zelenski korrupsiya, korrupsionerlərə və s. qarşı mübarizənin nə olduğunu göstərir və nəticənin isə Rusiya üçün acınacaqlı olacağına dəlalət verir.
Rusiyaya da qətiyyətli lider lazımdır, yoxsa ölkə Sovet dövləti kimi parçalanma ərəfəsindədir. V.Zelenskinin bu siyasəti, əksinə Ukrayna dövlətini daha da gücləndirəcək.V.Zelenskini öldürə bilərlər - sözlərin də tez-tez eşidirik. Ancaq inanılası deyil. Radanın deputatları və oliqarx məmurların psixologiyası kiçik oğru psixologiyasıdır. Hay-küy düşən kimi qoyub qaçacaqlar. Məşədi İbaddakı Sərvərin bir fitinə bənddirlər.
V.Zelenskinin bu bir ayda ortaya atdığı məsələlər həll olunarsa, başqa MDB ölkə rəhbərlərini məcbur edəcək ki, demokratik reformları həyata keçirtsinlər. Azərbaycanı da bu gözləyir. Ya korrupsiyadan uzaqlaşmalıdır, ya da ölkəni tezliklə tənəzzülə aparacaqlar.V.Zelenskin kiminsə adamı kimi qələmə verirlər ki, yəni onu hakimiyyətə gətirən oliqarx Kolomoyskidir deyirlər. Bunu adı çəkdiyimiz rus kanalları da yayırlar. Elə yozurlar ki, V.Zelinskiyə xalq səs verməyib, bir kilo “qreçkaya” görə seçilib.
Növbəti yalan. V.Zelenski özünün qazandığı pulla seçki marafonunu başa çatdırıb. Xalq öz xilasını bu şəxsiyyətdə gördüyündən, ancaq ona səs verib.Korrupsiyaya uyan ölkələr V.Zelenskinin qalib gələcəyinə inanmırlar, çünki boğaza qədər korrupsiyaya uymuş ölkəni düzəltmək üçün ciddi addımlar atmaq və bu bataqlıqdan qurtarmaq üçün inqilabı tədbirləri həyata keçirtmək lazımdır. Məgər V.Zelenski bunu etmir? Edir. Elə etməlidir ki, bütün dünyaya nümunə olsun.V.Zelenski BVF və Dünya bankının layihəsi olduğunu da iddia edənlər vardır. Onun Rotşildlə görüşü və s. faktlar bu şəxsiyyətin Qərb maliyyə dairələri tərəfindən dəstəkləndiyinə dəlalətdir. Layihənin mahiyyəti isə ondan ibarətdir ki, iqtisadi cəhətdən güclənəcək Ukrayna Rusiyanın aqressiv siyasətinə özü sinə gələcək və postsovet məkanında nümunəvi demokratik ölkəyə çevriləcək.
Ukraynada V.Zelenskinin seçilməsi bu demokratiyanın başlanğıc nöqtəsidir. Qərb həqiqi demokratik Ukrayna dövlətinin yaranmasına sanksiya verib və qalan ölkələri də Ukrayna kimi islahatlara dəvət edir.
Məqaləni hazırladı : Mediya Məlumat Mərkəzi və Stroteji Araşdırma Mərkəzi
MİLLİTV.az