Axtarış...

Lukaşenko rus qazının qiymətindən gileyləndi, Putin isə... - Sammitdə mübahisə

Lukaşenko rus qazının qiymətindən gileyləndi, Putin isə... - Sammitdə mübahisə

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko Avrasiya İqtisadi Birliyi sammitinin iclasında qazın qiyməti ilə bağlı mübahisə ediblər.

“Rossiya 24”ün canlı olaraq yayımladığı müzakirələrdə Lukaşenko bildirib ki, Belarus istifadəçiləri üçün qaz min kubmetr üçün 130 dollardır, Rusiyanın qonşu regionlarında isə cəmi 70 dollardır.

Buna cavab olaraq Putin qeyd edib ki, əgər Rusiya Belarusa qazı bazar qiymətinə satsaydı, o zaman qiyməti 130 deyil, 200 dollar olardı. Daha sonra Rusiya lideri bu məsələni qapalı şəraitdə müzakirə etməyi təklif edib. (Qafqazinfo)
Text-to-Speech

DİNLƏ






Şərh yaz