"Qəbələ"nin futbolçusu Lalavele Atakora yenidən Türkiyədə oynaya bilər.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "Dənizlispor" toqolu yarımmüdafiəçi ilə maraqlanır. Türkiyə birinci liqa təmsilçisinin 29 yaşlı oyunçu ilə artıq danışıqlara başladığı bildirilib.L.Atakoranın qardaş ölkəyə qayıtmağa müsbət baxdığı iddia olunub.
Qeyd edək ki, Lalavele Atakora 2013/2014 mövsümündə "Balıkesirspor"da, 2017/2018 mövsümündə "Adana Dəmirspor"da oynayıb. O, 2018-ci il iyulunda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.