Axtarış...

“Qarabağ”ın sabiq futbolçusu Almaniya klubuna transfer olundu

“Qarabağ”ın sabiq futbolçusu Almaniya klubuna transfer olundu

Azərbaycanlı futbolçu Almaniya klubuna transfer olunub.

Oxu.Az xəbər verir ki, Almaniyanın “Ştrand 08” klubu 21 yaşadək millimizin və “Qarabağ”ın sabiq müdafiəçisi Elgün Uluxanovu sıralarına qatıb.

Onunla 1,5 illik müqavilə bağlanılıb. Həvəskar xarakterli Şlesviq-Holştein-Liqada (V liqa) çıxış edən Almaniya klubu Uluxanovla yanaşı, Yaponiya, Rumıniya və Ukraynadan futbolçular transfer edib.

Uluxanov ötən ilin sonunadək Rusiyanın “Baltika” (Kalininqrad) klubunda məşq edib. Yeni həmkarları onu komandada “El” deyə çağırır. 21 yaşlı futbolçu azərbaycanlı olsa da, Rusiyada futbolun sirlərinə yiyələnib. O, 2016-cı ilin qışında “Qarabağ”la müqavilə bağlayanadək Moskva ÇSKA-sında və “Krasnodar”da çıxış edib.

Almaniya klubunun məsləhətçisi Aleksander Frank onu tərifləyib:

“O, çox yaxşı, sürətli və güclü mərkəz müdafiəçisidir. Həmçinin, müdafiənin sağında da oynaya bilir. O, ÇSKA-nın gənclər komandası ilə “Çelsi” və “Roma”ya qarşı oynayıb. Daha sonra o, Çempionlar Liqasının iştirakçısı “Qarabağ”a qoşulub”.

17, 19 və 21 yaşadək millilərimizdə çıxış etmiş Elgün Uluxanovun Münhen “Bayern”inin fransalı vingeri Kinqsle Komana qarşı oynadığı da qeyd olunub:

“Bu müddətdə o, bir neçə milliyə qarşı oynayıb. Xüsusən Fransa millisində “Bayern”in oyunçusu Kinqsle Komana qarşı oynamasını qeyd etmək olar. O, 30 metri 3,85 saniyəyə qaçıb və Rusiyada öz yaşında ən sürətli oyunçulardan biri sayılır. Biz səbirsizliklə onun “Ştrand 08”də tapşırıqlarımızı yerinə yetirməsini gözləyirik. Bizim ümumi məqsədimiz çempion olmaqdır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz