Axtarış...

PSJ-nin futbolçuları Tuxeli saymır

PSJ-nin futbolçuları Tuxeli saymır

PSJ-nin baş məşqçisi Tomas Tuxelin futbolçularla problemi var.

Millitv.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın məşhur "L`Equipe" nəşri xəbər yayıb. Bildirilib ki, komandanın bəzi üzvləri almaniyalı çalışdırıcını saymırlar:

"Paltardəyişmə otağına nəzarəti itirən məşqçiyə qarşı oyunçular hörmətsizlik edirlər. Tuxelin özü də bunun fərqindədir. Bəzi futbolçuların mövsüm başa çatmamış özünü tətildə hiss etməsi baş məşqçini təəccübləndirir".

Xəbərdə həmçinin bəzi futbolçuların yalandan zədəli olduqlarını deyərək, "Nant"la aprelin 17-də keçirilən çempionat oyununa getməməsi də xüsusi vurğulanıb. Həmin qarşılaşmada PSJ 2:3 hesabı ilə uduzmuşdu.PSJ-nin futbolçuları Tuxeli saymır



Şərh yaz