Axtarış...

İlk "El Klassiko"nun vaxtı dəyişdirilir



La Liqanın 10-cu turunda "Barselona" və "Real" arasında oktyabrın 26-ı "Nou Kamp"da keçirilməli olan matçın vaxtı dəyişə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşün dekabrın 18-i oynanılması mümkündür.
Buna Kataloniyada siyasi məsələlərə görə baş verən etirazlar səbəb ola bilər. Belə ki, La Liqa rəhbərliyi əvvəlcə görüşün yerinin dəyişdirilməsini təklif etsə, bununla nə klublar, nə də İspaniya Futbol Federasiyası razı olub. Bildirilir ki, bu mövsümün ilk "El Klassiko"sunun vaxtının dəyişdirilməsi variantına isə "Real" və "Barselona" narazı deyil.

Bununla bağlı son qərarı La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə verəcək. Qərarın bazar ertəsinə kimi açıqlanacağı gözlənilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz